Qasas - 28:85 Quranı sənə nazil edib vacib buyuran, şübhəsiz səni qərarlaşdırılmış nöqtəyə döndərəcəkdir. De ki, "Kimin hidayətə gəldiyini və kimin açıq bir azğınlıq içində olduğunu Rəbbim yaxşı bilir."
"Kimin hidayət gətirdiyini və kimin açıq-aşkar bir azğınlıq içində olduğunu Rəbbim yaxşı bilir." Əlaqəli
Ənam/6:117 Əlbəttə, Rəbbin yolundan çıxanı yaxşı bilir. Doğru yolda olanları da O daha yaxşı bilir.

Yunus/10:40 Onlardan bəziləri buna iman edir, bəzisi də iman etməz. Rəbbin fəsad törədənləri daha yaxşı bilir.

Nəhl/16:125 Rəbbinin yoluna hikmətlə və gözəl aydınlatma ilə dəvət et. Onlarla ən gözəl tərzdə mübahisə et. Rəbbin, yolundan azanları və doğru yolda olanları ən yaxşı biləndir.

İsra/17:54 Rəbbiniz sizi daha yaxşı bilir. İstəyərsə sizə acıyar, istəyərsə sizi cəzalandırar. Səni onlara advokatlıq (vəkillik) edəsən deyə göndərmədik.
İsra/17:84 De ki: "Hər kəs inancına görə davranır. Kimin daha doğru yolda olduğunu isə Rəbbim daha yaxşı bilir."

Ta ha/20:135 De ki: "Hər kəs gözləməkdədir. Siz də gözləyin. Düzgün yolun sahiblərinin kimlər olduğunu və kimlərin hidayət üzərində olduğunu irəlidə biləcəksiniz!"

Nəcm/53:30 Bax, onların yetişdikləri bigilərinin səviyyəsi budur. Rəbbin, kimin yolundan çıxmış olduğunu da yaxşı bilir, doğru yolda olanı da yaxşı bilir.

Qasas/28:85 Quranı sənə nazil edib vacib buyuran, şübhəsiz səni qərarlaşdırılmış nöqtəyə döndərəcəkdir. De ki, "Kimin hidayətə gəldiyini və kimin açıq bir azğınlıq içində olduğunu Rəbbim yaxşı bilir."
Qasas/28:37 Musa dedi ki, "Rəbbim, Öz tərəfindən bir hidayətlə gələnin kim olduğunu və axırda kimin qazanclı çıxacağını yaxşı bilir. Zalımlar həqiqətən uğur qazana bilməzlər."

Qaləm/68:7 Rəbbin, kimin yolundan çıxmış olduğunu da yaxşı bilir, doğru yolda olanları da yaxşı bilir.