Ənkəbut - 29:12
İnkar edənlər iman edənlərə: "Bizim yolumuza tabe olun; günahlarınızı biz yüklənərik," dedilər. Halbuki onların günahlarından heç bir şeyi yüklənəcək deyillər; yalançıdırlar.
Heç kimsə başqa bir kimsənin yükünü daşımaz (yüklənməz):
Fatir/35:18
Kimsə kimsənin günahını yüklənməz. Günahla yüklənmiş birisi yükünü daşımaq üçün əqrəbalarını belə çağırsa onun yükündən heç bir şey daşınmaz. Sən yalnızca, öz başlarına ikən Rəblərinə hörmət edən və namazı qoruyan şəxsləri xəbərdar edə bilərsən. Kim özünü təmizləyərsə, öz xeyrinə təmizlənmişdir. Dönüş Allahadır.
İsra/17:15
Kim doğru yola gəlirsə, özü üçün yola gəlmiş olur. Kim azarsa, öz əleyhinə azar. Heç kimsə başqasının yükünü çəkməz. Biz bir elçi göndərmədən heç kimsəni cəzalandırmarıq.
Zumər/39:7
İnkar edərsinizsə, Allahın sizə ehtiyacı yoxdur. Fəqət O, qullarının inkarçı olmasından xoşlanmaz. Şükür edərsinizsə sizdən razı olar. Heç kimsə başqa kimsənin günah yükünü daşımaz. Sonra dönüşünüz Rəbbinizədir və etmiş olduqlarınızı sizə xəbər verəcəkdir. O, kökslərin özünü bilir.
Nəcm/53:38
(Ona görə) ki, heç bir kimsə başqa birisinin günah yükünü daşımaz,
Nisa/4:111
Kim bir günah qazanarsa, özünə qarşı qazanmış olar. Allah Biləndir, Hikmət Sahibidir.
Muddəssir/74:38
Hər kəs öz günahı ilə məhkum olar.