Ənkəbut - 29:24 Xalqının qarşılığı, "Onu öldürün, yaxud yandırın," demələrindən başqa bir şey olmadı. Ancaq Allah onu atəşdən qurtardı. İman edən bir camaat üçün bunda dərslər vardır!
İbrahimin (ə.s) xalqı heykəlləri Allaha ortaq qoşdular:
Ənam/6:74 İbrahim, atası Azərə belə demişdi: "Heykəlləri tanrı qəbul edirsən? Səni və xalqını bütünlüklə açıq-aşkar bir azğınlıq içində görürəm."

Ənbiya/21:51 Biz daha öncə də İbrahimə anlama və qavrama bacarığını bağışlamışdıq. Biz onu çox yaxşı bilirdik.
Ənbiya/21:52 Atasına və xalqına, "Özünüzü həsr etdiyiniz bu heykəllər də nə olan şeydir?" dedi.

Şuəra/26:70 Atasına və xalqına, "Nəyə qulluq/xidmət edirsiniz?" demişdi.
Şuəra/26:71 "Heykəllərə qulluq/xidmət edirik; Biz özümüzü onlara həsr etmişik," dedilər.