Ənkəbut - 29:38 Eyni şəkildə, Ad və Səmudu da... Aqibətləri, sakin olduqları yerlərdən sizə bəllidir. Şeytan işlərini onlara süslü göstərərək onları yoldan azdırdı. Halbuki görüb anlayacaq qabiliyyətə sahib idilər.
Öncəki cəmiyyətlərin tarixindən almamız lazım olan dərslər nələrdir?
Fatir/35:43 Yer üzündə təkəbbür göstərdilər, pislik planlaşdırdılar. Halbuki pis plan sahibinə əks nəticə verər. Keçmişdəkilərə tətbiq edilən sünnətdən (qanundan) başqasınımı gözləyirlər? Allahın sünnətində bir dəyişiklik görə bilməzsən; Allahın sünnətində bir sapma görə bilməzsən.

Yunus/10:102 Özlərindən öncəkilərin yaşadığı günlərin bir bənzərinimi gözləyirlər? De ki, "Gözləyin, mən də sizinlə birlikdə gözləməkdəyəm."

Əraf/7:100 Öncəki nəsillərin yerinə yer üzünə varis olanlara bəlli olmadımı ki, əgər istəsək onları da günahlarıyla cəzalandıraraq qəlblərini möhürləyərik sonra da, eşidə bilməzlər.

Ta ha/20:128 Öncəki nəsillərin yaşayış yerlərində dolaşanlar, onları məhv etməyimizdən dərs almırlarmı? Bunda ağıl sahibləri üçün işarətlər və dəlillər vardır.

Muhəmməd/47:10 Özlərindən öncəkilərin aqibətinin necə olduğuna baxmaq üçün yer üzünü gəzib-dolaşmırlarmı? Allah onları məhv edib ortadan qaldırmışdır və bu inkar edənləri də eyni aqibət gözləməkdədir.


Səcdə/32:26 Onlardan öncə neçə-neçə nəsilləri məhv etməmiz üzərində heç düşünmədilərmi? (Ona görə) ki, indi onların yurdlarında gəzib-dolaşırlar. Bunda dərslər və işarətlər vardır. Eşitmirlərmi?

Şəms/91:14 Onu yalanlayıb dəvəni boğazladılar. Bunun üzərinə Rəbləri günahlarından ötrü onları silib yerlə-yeksan etdi.

Səcdə/32:26 Onlardan öncə neçə-neçə nəsilləri məhv etməmiz üzərində heç düşünmədilərmi? (Ona görə) ki, indi onların yurdlarında gəzib-dolaşırlar. Bunda dərslər və işarətlər vardır. Eşitmirlərmi?

Yusuf/12:111 Onların tarixində, şüur sahibləri üçün bir dərs vardır. Bu, uydurma bir hədis deyil; fəqət özündən öncəkilərin təsdiqləyicisi, hər şeyin detallı açıqlaması və iman edənlər üçün bir hidayət və Rəhmətdir.

Hud/11:120 Könlünü gücləndirmək üçün elçilərin tarixlərindən sənə yetərincə nəql etməkdəyik. Bunda, sənin üçün gerçək və iman edənlər üçün də bir aydınlatma və xəbərdarlıq gəlmişdir.

Ta ha/20:113 Biz, beləcə onu ərəbcə bir Quran olaraq nazil etdik. Müttəqi davranarlar və ya onlar üçün bir öyüd olar deyə, onda gələcəyin xəbərlərini müxtəlif şəkillərdə açıqladıq.

Yusuf/12:3 Sənə bu Quranı vəhy edərək, sənə ən gözəl bir təbir ilə tarixi nəql edirik. Sən daha öncə bundan xəbərsiz idin.