Ənkəbut - 29:4
Pislikləri işləyənlər, Bizdən qurtulacaqlarınımı sanırlar? Necə də pis bir hökm irəli sürürlər.
İman edənlərə pislikdən geri durmayan ikiüzlülərə işarə:
Nisa/4:91
Həm sizinlə, həm də öz camaatıyla güvən içində olmaq istəyən bir başqa qrupla rastlaşacaqsınız. Nə vaxt fəsada çağırılsalar içinə dalarlar. Sizdən aralanıb geri çəkilməz, sülh etmək istəməz və əllərini sizdən çəkməzlərsə qarşılaşdığınız yerdə onları öldürə bilərsiniz. Belələrinə qarşı sizə açıq-aşkar səlahiyyət verdik.
Tovbə/9:46
Savaşa çıxmaq istəsəydilər, onun üçün bir hazırlıq edərdilər. Fəqət Allah onların qatılmalarını istəmədi və onları ürəksiz və istəksiz etdi. Onlara, "Oturanlarla birlikdə oturun," deyildi.
Tovbə/9:47
Sizinlə çıxsaydılar, sizə yalnız qarışıqlıq qatardılar, aranıza fitnə və mübahisə salardılar. İçinizdə də onları dinləyənlər var. Allah zalımları çox yaxşı Bilir.
Tovbə/9:48
Daha öncə də qarışıqlıq çıxarmağı arzulamışdılar və sənə qarşı işlər/intriqalar çevirmişdilər. Nəhayət gerçək gəldi və Allahın qanunu, onlara rəğmən hakim oldu.
Tovbə/9:56
Sizinlə həmrəy olduqlarına dair Allaha and içərlər; halbuki sizdən deyillər, onlar ixtilaf (anlaşılmazlıq) yaradan bir topluluqdur.
Tovbə/9:67
İkiüzlü kişilər və ikiüzlü qadınlar bir-birlərindəndir. Onlar pisliyi öyüd-nəsihət edərlər, yaxşılıqdan çəkindirərlər. Əlləri sıxdır. Onlar Allahı unutdular, O da onları unutdu. İkiüzlülər, yaxşıca yoldan çıxanlardır.
Əhzab/33:13
Onlardan bir qrup isə, "Yəsrib əhli, artıq dayana bilməzsiniz; geri dönün," deyirdi. Onlardan digər qrup isə, evləri qorunduğu halda, "Evlərimiz mühafizəsiz qaldı," deyərək peyğəmbərdən izin istəyirdilər. Bütün məqsədləri qaçmaq idi.
Əhzab/33:14
Orası işğal edilsə və düşmənə qatılmaları istənsəydi heç tərəddüt etmədən onlara qatılardılar.
Əhzab/33:19
Sizinlə əlaqələrində çox xəsisdirlər. Təhlükə gəldiyində, üzərinə ölüm halsızlığı çökmüş kimsə kimi gözləri qorxudan dönmüş bir halda sənə baxdıqlarını görərsən. Təhlükə keçincə də, mala-mülkə düşkünlük göstərərək sizi acı (incidici) dilləri ilə incidərlər. Bu cür kimsələr iman etmiş deyillər. Buna görə Allah onların işlərini boşa çıxarar. Bu, Allah üçün asandır.
Həşr/59:16
Onlar eyni şeytan kimidir: İnsana, "İnkar et," deyər. Sonra o inkar edincə də, "Mənim səninlə bir əlaqəm yoxdur. Mən, aləmlərin Rəbbi Allahdan qorxuram," deyər.
Munafiqun/63:2
Andlarını qalxan edərək Allahın yolundan azdırdılar. Etdikləri necə də pisdir.
Munafiqun/63:7
Onlar, "Allahın Elçisinin yanında olanlara yardım etməyin ki, dağılıb getsinlər," deyənlərdir. Halbuki göylərin və yerin xəzinələri Allaha aiddir; amma ikiüzlülər qavraya bilməzlər.
Munafiqun/63:8
"Şəhərə dönsək, üstün olanlar alçaqları çıxardacaqdır," deyirlər. Halbuki üstünlük Allaha, elçisinə və iman edənlərə aiddir. Lakin ikiüzlülər bilməzlər.