Ənkəbut - 29:40 Hamısını günahlarıyla yaxaladıq. Onlardan kimisinin üstünə çılğın bir fırtına göndərdik, kimisini də qorxunc bir səs yaxaladı, kimisini yerin dibinə batırdıq, kimisini də boğduq. Onlara zülm edən Allah deyildi; onlar özləri özlərinə zülm edirdilər.
Bəzisini də boğduq:
Ənfal/8:54 Örnək olaraq, Fironun tərəfdarları və onlardan öncəkilər kimi. Rəblərinin ayələrini yalanladılar. Biz də günahlarına görə onları məhv etdik. Fironun tərəfdarlarını suda boğduq. Hamısı da zalım idilər.