Ənkəbut - 29:45
Sənə vəhy etdiyimiz kitabdan oxu və namazı qoru. Çünki namaz, iyrənc və pis şeylərdən kənarlaşdırır. Allahı (namaz yolu ilə) xatırlamaq ən önəmlidir. Allah nə etdiyinizi bilir.
Namaz iyrənc və pis şeylərdən uzaqlaşdırır:
Hud/11:87
Dedilər ki: "Şueyb, atalarımızın qulluq/xidmət etdiklərindən və ya ticarətimizi istədiyimiz kimi idarə etməkdən əl çəkməyimizi, sənin namazınmı lazım bilir? Sən əslində yumşaq xasiyyətlisən, ağıllısan."