Ənkəbut - 29:56
Ey iman edən qullarım, torpağım genişdir, sadəcə Mənə qulluq edin.
İman edənlərin təzyiq və zülmə qarşı qoya biləcək gücləri yoxdursa köç (hicrət) etməlidirlər:
Nəhl/16:110
Sonra Rəbbin, təzyiqə məruz qaldıqdan sonra köç (hicrət) edən, cihad edən və müqavimət göstərənlər üçün, bəli sənin Rəbbin, şübhəsiz onlar üçün Bağışlayandır, Rəhmlidir.
Nisa/4:97
Özlərinə zülm edənlərin canlarını alarkən mələklər: “Nə halda idiniz?”– deyərlər. “Biz yer üzündə əzilmiş kimsələr idik," - deyə cavab verərlər. “Allahın yeri geniş deyildimi ki, oralara köç edəydiniz?”– deyərlər. Onların yeri Cəhənnəmdir. O nə pis bir dönüş nöqtəsidir.
Ənkəbut/29:56
Ey iman edən qullarım, torpağım genişdir, sadəcə Mənə qulluq edin.
Zumər/39:10
De ki, "Ey iman edən qullar, Rəbbinizə ehtiram edin. Bu dünya həyatında gözəl davrananlara gözəllik vardır. Allahın yeri genişdir. Gerçək uğrunda müqavimət göstərənlərin ücrəti hesabsız olaraq veriləcəkdir.
Nəhl/16:41
Zülmə uğradıqdan sonra Allah uğrunda köç (hicrət) edənləri dünyada gözəl şəkildə yerləşdirəcəyik. Axirət mükafatları isə daha böyükdür; bir bilsələr...