Ənkəbut - 29:69 Uğrumuzda səy göstərənləri yollarımıza yönəldəcəyik. Allah heç şübhəsiz yaxşılıq edənlərlə bərabərdir.
Yollarımıza yönəldəcəyik: Məqsəd nədir?
Nisa/4:175 Allaha iman edib və Ona sarılanları isə Öz rəhmətinə və lütfünə daxil edəcək, onları ən doğru bir yola salaraq Özünə tərəf yönəldəcəkdir.

Həcc/22:23 Allaha iman edib müttəqi davrananları, içində çaylar axan Cənnətlərə daxil edər. Orada qızıl bilərziklər və incilər taxacaqlar, oradakı libasları isə ipəkdəndir.
Həcc/22:24 Onlar sözün gözəlinə yönəldilmişlərdir, onlar Ən Çox Təriflənənin yoluna yönəldilmişlərdir.