Bəqərə - 2:10 Qəlblərində xəstəlik var. Allah da xəstəliklərini artırar. Yalanları üzündən ağrılı-acılı bir əzaba layiq görülərlər.
Allah xəstəliklərini nə üçün və necə artırır?
Nisa/4:115 Doğru yol özünə bəlli olduqdan sonra kim elçiyə qarşı gələr və iman edənlərin yolundan fərqli bir yol seçərsə, onu seçdiyi yönə yönəldər və onu Cəhənnəmə atarıq. Ora necə də pis bir dönüş nöqtəsidir.

Ənam/6:110 İlk öncə iman etməməyə qərar verdikləri üçün anlayışlarını və gözlərini çevirib, azğınlıqları içində çarəsiz vəziyyətdə buraxarıq.
Ənam/6:111 Onlara mələkləri endirsək, onlarla ölülər danışsa və hər şeyi gətirib önlərinə toplasaq, Allahın istədikləri xaric, yenə iman edəcək deyillər. Fəqət çoxu bu gerçəyi bilməz.

Nisa/4:155 Sözlərini pozmalarından, Allahın ayə və dəlillərini inkar etmələrindən, peyğəmbərləri haqsız yerə öldürmələrindən və “Sabit fikirliyik!”– demələrindən ötrü, bəli inkarlarından ötrü Allah onların anlayışlarını möhürlədi. Bunun üçün çox az hissəsi iman edir.

Zuxruf/43:36 Kim Rəhmanın mesajına əhəmiyyət verməzsə, ona bir şeytanı istiqamətləndirərik, sonra da onun yoldaşı olar.
Zuxruf/43:37 Həqiqətən, onları yoldan çıxararlar. Buna rəğmən onlar doğru yolda olduqlarını sanarlar.