Bəqərə - 2:100
Hər nə vaxt bir razılığa gəldilərsə onlardan bir qrup onu pozub atmadımı? Onsuz da onların çoxu iman etməz.
Allah ilə edilən anlaşmanı pozanların cəzası nədir?
Ali İmran/3:77
Allaha verdikləri sözü və andlarını az bir dəyər müqbilində dəyişənlərin axirətdə bir payları yoxdur. Allah onlarla danışmaz, Dirilmə Günü onlara baxmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
Tovbə/9:77
Allaha verdikləri sözə xilaf çıxdıqları və yalan söylədikləri üçün Onunla qarşılaşacaqları günə qədər qəlblərinə ikiüzlülük saldı.
Rad/13:25
Allaha verdikləri sözdən sonra sözləşməni pozanlar, Allahın birləşdirməyi əmr etdiyini birləşdirməyənlər və yer üzündə fəsad törədənlər, lənətə layiqdirlər və onlar üçün pis bir aqibət vardır.
Ənfal/8:55
Allah yanında yaradılmışların (məxluqatın) ən pisi kafirlərdir; onlar iman etməzlər.
Ənfal/8:56
Onlar, sən onlarla razılığa gəldiyin halda, hər dəfə razılaşmalarını (müqavilələrini) pozanlardır. Onlar müttəqi davranmazlar.
Əhzab/33:15
Daha öncə də, arxa çevirib qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilmiş hər söz sorğu-sual olunacaqdır.
Fəth/48:10
Sənə bağlılıq sözü verənlər (beyət edənlər), Allaha bağlılıq sözü vermişdirlər. Allahın əli onların əlləri üzərindədir. Kim sözünü pozarsa, öz əleyhinə pozmuş olar. Allaha verdiyi sözü yerinə gətirənə isə böyük bir mükafat verəcəyik.