Bəqərə - 2:106 Daha yaxşısını və ya bənzərini gətirmədikcə bir möcüzə və ya şəriətin (sistemin) keçərliliyini ortadan qaldırmarıq və ya unutdurmarıq. Allahın hər şeyə gücünün yetdiyini bilmirsiniz?
Daha yaxşısını gətirmədikcə möcüzə və ya sistemin keçərliliyini aradan qaldırmaz:
Bəqərə/2:106 Daha yaxşısını və ya bənzərini gətirmədikcə bir möcüzə və ya şəriətin (sistemin) keçərliliyini ortadan qaldırmarıq və ya unutdurmarıq. Allahın hər şeyə gücünün yetdiyini bilmirsiniz?

Rad/13:38 Səndən öncə elçilər göndərdik və onlara zövcələr və övladlar verdik. Allahın izni olmadan heç bir elçi bir möcüzə gətirə bilməz. Hər dövrün bir yazısı vardır.
Rad/13:39 Allah istədiyini silər, istədiyini saxlayar. Ana Kitab Onun yanındadır.

Nəhl/16:101 Biz bir dəlilin yerinə bir başqa dəlili gətirdiyimiz zaman -(ona görə) ki, Allah nəyi nazil etdiyini yaxşı bilir- "Sən, ancaq bir iftiraçısan!" deyərlər. Gerçəkdən çoxları bilmir.

Zuxruf/43:48 Onlara bir-birindən böyük möcüzələr göstərdik və bəlkə dönərlər deyə başlarına müxtəlif fəlakətlər gətirdik.