Bəqərə - 2:111 “Yəhudi və ya Xristianlardan başqası cənnətə daxil ola bilməz!" - dedilər. Bu, onların boş və əsassız sözləridir. De ki: "Doğru sözlülərsinizsə dəlilinizi gətirin."
Yersiz düşüncələrinə uyanlar haqqında Rəbbimizin hökmü:
Qasas/28:50 Sənə cavab verməsələr, bil ki, sadəcə yanlış düşüncələrinə tabe olurlar. Allahdan gələn bir yol göstərici olmadan, yanlış düşüncələrinə tabe olandan daha azğın kim ola bilər? Şübhəsiz Allah zalım xalqı doğruya yönəltməz.

Ənam/6:116 Yer üzündəkilərin əksəriyyətinə tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyurlar və onlar sadəcə təxminlərə əsaslanıb saçmalayırlar.
Ənam/6:138 Zənlərinə görə belə dedilər: "Bunlar toxunulmaz kənd təsərrüfatı heyvanları və əkinlərdir. İstədiyimizdən başqası bunları yeyə bilməz." Minilməsi qadağan edilən kənd təsərrüfatı heyvanları... Allahın ismini üzərlərində xatırlamadıqları kənd təsərrüfatı heyvanları... (Müxtəlif haramları) Ona isnad etdilər. Onları iftiralarıyla cəzalandıracaqdır.

Yunus/10:36 Onların əksəriyyəti, ancaq zənnə uyarlar. Zənn isə gerçəyin yerini tuta bilməz. Əlbəttə Allah onların etdiklərini Biləndir.
Yunus/10:66 Göylərdə və yerdə nə varsa Allahındır. Allahdan başqalarına yalvaranlar əslində qoşduqları ortaqları izləməməkdədirlər. Onlar sadəcə təxmin irəli sürürlər və sadəcə cəfəngiyyat danışırlar.

Zuxruf/43:19 Rəhmanın qulları olan mələkləri dişi hesab etdilər! Onların yaradılışlarına şahidmi oldular? Bu şahidlikləri qeyd ediləcək (yazılacaq) və sorğu-suala çəkiləcəklər.
Zuxruf/43:20 Hətta, "Rəhman istəsəydi, biz onlara qulluq/xidmət etməzdik," dedilər. Onların bu mövzuda bir bilgiləri yoxdur. Onlar sadəcə təxmin edirlər.

Casiyə/45:24 Onlar deyərlər ki, "Biz sadəcə dünya həyatında yaşayırıq. Yaşayırıq, ölürük və bizi zamandan başqası məhv etməz." Onların bu mövzuda bir bilgisi yoxdur. Onlar sadəcə zənn edirlər.

Hucurat/49:12 Ey iman edənlər, zənnə-gümana qapılmaqdan tamamilə çəkinin. Çünki zənnin bir qismi günahdır. Bir-birinizin gizli şeylərini araşdırmayın və bir-birinizin qeybətini qırmayın. Ölü qardaşınızın ətini yeməkdən xoşlanırsınız? Əlbəttə ondan iyrənirsiniz. Allahı dinləyin. Allah tövbələri qəbul edəndir, Rəhmlidir.

Nəcm/53:27 Axirətə iman etməyənlər, mələkləri dişi olaraq vəsf etməkdədirlər.
Nəcm/53:28 Onların bu mövzuda bir bilgiləri yoxdur, onlar ancaq zənnə uyurlar. Zənn isə gerçəyin yerini tuta bilməz.