Bəqərə - 2:113 Yəhudilər: “Xristianların bir təməli yoxdur," deyərkən, Xristianlar da: "Yəhudilərin bir təməli yoxdur," dedilər. Halbuki hamısı da kitabı oxuyurlar. Cahillər də eyni onlar kimi danışır. Dirilmə günü Allah ayrılığa düşdükləri mövzularda aralarında hökm verəcəkdir.
Allahın kitabını necə oxumalıyıq?
Nəhl/16:98 Quran oxuduğunda, qovulmuş şeytandan Allaha sığın!


Sad/38:29 Sənə nazil etdiyimiz bu kitab mübarəkdir; ayələrini tədqiq edib araşdırsınlar və ağıl sahibləri öyüd alsınlar.

Qiyamə/75:16 Onu tələsərək əyri-əskik (kəsirli oxuyaraq) dilini oynatma.

Ta ha/20:114 Gerçək Hökmdar olan Allah ucadır! Sənə vəhyi tamamlanmadan öncə Quranı (anlamaq üçün) tələsmə və: "Rəbbim biliyimi artır," de.

Muzzəmmil/73:4 Yaxud yarısından bir az sonra... Quranı da diqqətlə düşünə-düşünə oxu.

İsra/17:78 Günəşin əyilməsindən gecənin qaralmasına qədər namazı qoru. Səhər Quranını da qoru. Səhər vaxtı Quran (oxuması) şahid olunur.