Bəqərə - 2:116 “Allah Özünə övlad götürmüşdür!” - dedilər. Qətiyyən (elə deyil), O Ucadır. Göylərdə və yerdə olanların hamısı Onundur, hamısı Ona boyun əyməkdədir.
Allahın övlad götürməsindən söz edilə bilməz:
Məryəm/19:35 Allaha bir övlad isnad etməkdən söhbət gedə bilməz. O bundan uzaqdır. Bir işi istədimi, ona sadəcə "Ol," deyər, o da olar.

Ənbiya/21:26 "Rəhman (Özünə) bir övlad götürdü," dedilər. O Ucadır. Halbuki onlar şərəfli qullardır.

Yunus/10:68 "Allah Özünə övlad götürmüşdü!" dedilər. O, bundan çox Ucadır! O, heç bir şeyə ehtiyacı olmayandır. Göylərdə və yerdə nə varsa Onundur. Sizin bu mövzuda heç bir dəliliniz yoxdur. Allah haqqında bilmədiyiniz bir şeyimi söyləyirsiniz?

İsra/17:111 Və de ki: "Tərif Allahadır. O övlad götürməmişdir, idarəçilikdə ortağı və zəiflikdən ötrü də bir yardımçısı yoxdur." Onu mümkün qədər Ucalt.

Kəhf/18:4 Və "Allah Özünə övlad götürmüşdü," deyənləri də xəbərdar etsin.
Kəhf/18:5 Onların bu mövzuda bir bilgiləri yoxdur, nə də atalarının. Ağızlarından necə də böyük bir söz çıxır! Yalandan başqa şey söyləmirlər.

Furqan/25:2 Göylərin və yerin hökmranlığı Ona aiddir. Övlad götürməmişdir və hökmranlığında da Özünün ortağı yoxdur. Hər şeyi yaratmış və ən təfərrüatlı ölçülərlə ona nizam vermişdir.

Məryəm/19:88 Hətta "Rəhman (Özünə) övlad götürdü," dedilər.
Məryəm/19:90 Bu arsızlıqdan ötrü az qala göylər parçalanacaq, yer yarılacaq və dağlar uçacaqdır.
Məryəm/19:92 Övlad götürmək Rəhmana yaraşmaz.
Məryəm/19:93 Göylərdə və yerdə kim varsa, Rəhmana qul olaraq gələcəkdir.

Zumər/39:4 Allah bir övlad istəsəydi, yaratdıqlarının arasından istədiyini seçərdi. O, çox Ucadır. O, Tək və Hakim olan Allahdır.

Cinn/72:3 "Rəbbimiz çox ucadır. O, nə bir həyat yoldaşı, nə də bir övlad seçməmişdir."

Ənam/6:101 Göyləri və yeri yoxdan icad edəndir. Zövcəsi olmadığı halda necə olur ki, övladı olur? Hər şeyi O yaratmışdır və O, hər şeyi biləndir.

Muminun/23:91 Allah övlad götürməmişdir. Onunla bərabər bir tanrı da yoxdur. Əks təqdirdə hər tanrı yaratdığı şeylərlə birlikdə heç kimdən asılı olmadığını elan edərək hakimiyyət üçün bir-biri ilə mübahisəyə girərdi. Allah, onların isnad etdikləri şeylərdən çox uzaqdır.

Zuxruf/43:81 De ki, "Rəhmanın bir övladı olsaydı, ona qulluq/xidmət edənlərin birincisi mən olardım."