Bəqərə - 2:116 “Allah Özünə övlad götürmüşdür!” - dedilər. Qətiyyən (elə deyil), O Ucadır. Göylərdə və yerdə olanların hamısı Onundur, hamısı Ona boyun əyməkdədir.
"Allah övlad götürmüşdü dedilər." Əlaqəli
Bəqərə/2:116 “Allah Özünə övlad götürmüşdür!” - dedilər. Qətiyyən (elə deyil), O Ucadır. Göylərdə və yerdə olanların hamısı Onundur, hamısı Ona boyun əyməkdədir.

Yunus/10:68 "Allah Özünə övlad götürmüşdü!" dedilər. O, bundan çox Ucadır! O, heç bir şeyə ehtiyacı olmayandır. Göylərdə və yerdə nə varsa Onundur. Sizin bu mövzuda heç bir dəliliniz yoxdur. Allah haqqında bilmədiyiniz bir şeyimi söyləyirsiniz?

İsra/17:111 Və de ki: "Tərif Allahadır. O övlad götürməmişdir, idarəçilikdə ortağı və zəiflikdən ötrü də bir yardımçısı yoxdur." Onu mümkün qədər Ucalt.

Kəhf/18:4 Və "Allah Özünə övlad götürmüşdü," deyənləri də xəbərdar etsin.

Məryəm/19:35 Allaha bir övlad isnad etməkdən söhbət gedə bilməz. O bundan uzaqdır. Bir işi istədimi, ona sadəcə "Ol," deyər, o da olar.
Məryəm/19:88 Hətta "Rəhman (Özünə) övlad götürdü," dedilər.
Məryəm/19:92 Övlad götürmək Rəhmana yaraşmaz.

Ənbiya/21:26 "Rəhman (Özünə) bir övlad götürdü," dedilər. O Ucadır. Halbuki onlar şərəfli qullardır.

Muminun/23:91 Allah övlad götürməmişdir. Onunla bərabər bir tanrı da yoxdur. Əks təqdirdə hər tanrı yaratdığı şeylərlə birlikdə heç kimdən asılı olmadığını elan edərək hakimiyyət üçün bir-biri ilə mübahisəyə girərdi. Allah, onların isnad etdikləri şeylərdən çox uzaqdır.

Furqan/25:2 Göylərin və yerin hökmranlığı Ona aiddir. Övlad götürməmişdir və hökmranlığında da Özünün ortağı yoxdur. Hər şeyi yaratmış və ən təfərrüatlı ölçülərlə ona nizam vermişdir.

Cinn/72:3 "Rəbbimiz çox ucadır. O, nə bir həyat yoldaşı, nə də bir övlad seçməmişdir."