Bəqərə - 2:117
Göyləri və yeri yoxdan icad edəndir. Bir işin olmasını istəyərsə, ona sadəcə: “Ol!”– deyər və olar.
"Allah yoxdan yaradandır.": Nümunələr
Nəhl/16:17
Yaradan, yarada bilməyən kimi ola bilərmi? Öyüd almırsınız?
Ya sin/36:71
Görmürlərmi, Öz əllərimizlə onlar üçün kənd təsərrüfatı heyvanlarını yaratdıq, sonra da onlara sahib olmaqdadırlar?
Ğafir/40:79
Minəsiniz və onlardan yeyəsiniz deyə, kənd təsərrüfatı heyvanları sizin üçün yaradan Allahdır.
Ğafir/40:61
Allah, gecəni dincəlməyiniz üçün yaradan və gündüzü də aydınlıq edəndir. Allah insanlara qarşı böyük lütf sahibidir, fəqət insanların çoxu şükür etməz.
Ğaşiyə/88:17
Dəvələrə baxmırlarmı, necə yaradıldı?
Ğaşiyə/88:18
Və göyə, necə yüksəldildi?
Ğaşiyə/88:19
Və dağlara, necə dikəldi?
Ğaşiyə/88:20
Və yerə, necə döşəndi?
Fələq/113:1
De ki, "Şəfəqin Rəbbinə sığınıram."
Fələq/113:2
"Yaratdığı şeylərin şərrindən."
Ələq/96:1
Yaradan Rəbbinin ismi ilə oxu.
Mulk/67:2
Hansınızın daha gözəl işlər görəcəyini sınamaq üçün ölümü və həyatı yaradandır. O, Üstündür, Bağışlayandır.
Həşr/59:24
O, Yaradan, Yoxdan var edən və Surətverən Allahdır. Bütün gözəl isimlər Onundur. Göylərdə və yerdə nə varsa Onu ucaldır. O, Üstündür, Hikmət Sahibidir.
Hədid/57:22
Yer üzündə və aranızda olan heç bir şey yoxdur ki, Biz onu yaratmadan öncə bir kitabda qeyd edilmiş (yazılmış) olmasın. Bu, şübhəsiz Allah üçün çox asandır.
Səcdə/32:7
O yaratdığı hər şeyi mükəmməl hala saldı. İnsanın yaradılışına palçıqdan başladı.
Qamər/54:49
Biz hər şeyi bəlli bir ölçü ilə yaratmışıq.
Zumər/39:62
Allah hər şeyin Yaradıcısıdır. O, hər şeyi kontrol edər.
Rum/30:40
Allah sizi yaratdı, sonra sizə ruzi verdi, sonra sizi öldürür, sonra sizi dirildir. Ortaqlarınızdan hansı bunlardan birini edə bilir? Təriflər Ona aiddir. Onların ortaq qoşduqlarından çox Ucadır.
Zumər/39:6
Sizi tək bir nəfərdən yaratdı. Sonra ondan da həmtayını yaratdı. Sizə səkkiz cür kənd təsərrüfatı heyvanı endirdi. Sizi analarınızın qarınlarında, üç qaranlıq içərisində yaradılışdan yaradılışa keçirərək yaratmaqdadır. Rəbbiniz olan Allah bax budur. Hökmranlıq Ona aiddir. Ondan başqa tanrı yoxdur. Necə olur ki, çevrilirsiniz?
Rahmən/55:15
Cinləri də tüstüsüz atəşdən yaratdı.
Muminun/23:78
Odur yaradan, eşitmə, görmə duyğuları və beyinlər. Nə qədər də az şükür edirsiniz.
Saffat/37:96
"Allah, sizi də və düzəltdiyiniz şeyləri də yaradandır."
Rahmən/55:10
Yer üzünü bütün məxluqlar üçün yaratdı.
Bəqərə/2:21
Ey insanlar! Sizi və sizdən öncəkiləri yaradan Rəbbinizə qulluq edin ki, qorunasınız.
Şuəra/26:184
"Sizi və öncəki nəsilləri Yaradanı saya salıb dinləyin."
Rum/30:20
Sizi bir torpaqdan yaratması və sonra yayılıb çoxalan insanlar olmağınız Onun ayələrindəndir.
Nuh/71:14
Halbuki sizi mərhələlərlə yaradan Odur.
Ya sin/36:79
De ki, "Kim onları ilk dəfə yaratdısa onları yenə O dirildəcək. O, hər cür yaratmağı Biləndir."
Saffat/37:37
Həqiqətən, o, gerçəyi gətirmiş və elçiləri təsdiqləmişdir.
Nəml/27:88
Dağları durğun sanarsan, halbuki buludlar hərəkət etdiyi kimi hərəkət etməkdədir. Hər şeyi ən sağlam şəkildə yaradan Allahın sənətidir. O, etdiklərinizi biləndir.
Fatir/35:16
İstəyərsə, sizi götürər və yerinizə yeni məxluqları gətirər.
Ənam/6:133
Rəbbin Zəngindir, Rəhmət Sahibidir. İstəsə, sizi götürər və sizi başqalarının soyundan necə gətirmişsə sizdən sonra da yerinizə istədiklərini yerləşdirər.
Loğman/31:28
Hamınızın yaradılışı və dirilməsi bir tək nəfərinki kimidir. Allah Dinləyəndir, Görəndir.
Hud/11:61
Səmuda da qardaşları Salehi... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin, Ondan başqa tanrı yoxdur. Sizi yerdən çıxarıb yaradan, sizi oraya yerləşdirən Odur. Elə isə Ondan bağışlanma diləyin və sonra Ona yönəlin. Şübhəsiz Rəbbim Yaxındır, Cavab verəndir.
Bəqərə/2:29
Yer üzündə hər şeyi sizin üçün yaradan Odur. Sonra göyə yönəlib onu yeddi göy olaraq nizamladı. O, hər şeyi bilər.
Zəriyət/51:49
Öyüd almağınız üçün də, hər şeyi cüt-cüt yaratdıq.
Ya sin/36:36
Yerin bitirdiklərindən, öz cinslərindən və daha bilmədikləri neçə-neçə şeylərdən cürbəcür cütləri yaradan Çox Ucadır.
Şura/42:11
O göyləri və yeri yararaq Yaradandır. İçinizdən sizin üçün həmtaylar yaratdı və kənd təsərrüfatı heyvanlarını da cütlər halında yaratdı. Beləcə sizi orada artırıb çoxaldır. Ona bənzər heç bir şey yoxdur. O, Eşidəndir, Görəndir.
Mulk/67:3
O Yeddi göyü qat-qat yaratmışdır. Rəhmanın yaratmasında hər hansısa bir qüsur tapa bilməzsən. Baxışlarını yönəlt və bax; hər hansısa bir çatlaq görə bilirsənmi?
Mulk/67:3
O Yeddi göyü qat-qat yaratmışdır. Rəhmanın yaratmasında hər hansısa bir qüsur tapa bilməzsən. Baxışlarını yönəlt və bax; hər hansısa bir çatlaq görə bilirsənmi?
Ənam/6:1
Tərif, göyləri və yeri yaradan, qaranlığı və işığı var edən Allaha yaraşır! Buna rəğmən, inkar edənlər Rəblərini başqalarıyla eyni tutur.
Loğman/31:10
Göyləri, gördüyün bir dirək olmadan yaratmışdır. Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi və orada hər növ məxluqu yaydı. Göydən bir su yağdırdıq və orada hər gözəl cütü bitirdik.
Loğman/31:11
Bu Allahın yaratmasıdır. Ondan başqasının nələr yaratdığını mənə göstərin. Zalımlar, gerçəkdən açıq-aşkar bir azğınlıq içindədirlər.
Əhqaf/46:33
Göyləri və yeri yaradan və bunları yaratmaqla yorulmayan Allahın ölüləri dirildə biləcəyini düşünmürlərmi? Bəli, O, hər şeyə Gücü Yetəndir.
Qaf/50:15
İlk yaradılışdan yorulduqmu ki? Doğrusu onlar yeni bir yaradılışdan şübhə içindədirlər.
Fussilət/41:9
De ki, "Siz yeri iki gündə yaradanımı inkar edirsiniz və Ona ortaqlarmı qoşursunuz? O, aləmlərin Rəbbidir."
Ənkəbut/29:20
De ki, "Yer üzünü dolaşın və yaradılışın necə başladığını görün." Sonra, yenə Allah (axirətdəki) son yaradılışı başladacaqdır. Allahın hər şeyə gücü yetər.
Ənam/6:97
Qurunun və dənizin qaranlıqlarında yollarınızı tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur. Bilən bir camaat üçün ayələri detallı olaraq açıqlamışıq.
Ənam/6:141
Odur yaradan, çardaqlı və çardaqsız bağçaları, məhsulları müxtəlif olan xurmaları, əkinləri, zeytunları və narları bənzər və ya fərqli. Hər biri meyvə verdiyi zaman meyvəsindən yeyin və haqqını da yığım günündə verin. İsrafçılıq etməyin; O, israfçılıq edənləri sevməz.
Yusuf/12:101
"Rəbbim, Sən mənə hökmranlıq verdin və yuxuların yozumunu öyrətdin. Yeri və göyü ayıraraq yaradansan. Dünya və axirətdə Sənsən mənim Vəlim (Sahibim). Canımı müsəlman olaraq al və məni yaxşılara qat."
Nəhl/16:15
Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi, yolu tapa bilməniz üçün də çaylar və yollar,
Nəhl/16:16
Və gözə dəyən işarətlər... Ulduzlarla da yol tapırlar.