Bəqərə - 2:118
Cahillər: “Allah bizimlə danışmalı və ya bizə bir ayə (möcüzə) gəlməli deyildimi?” dedilər. Daha öncəkilər də onlar kimi danışmışdılar. (Onların) başları bir-birinə bənzəyir. Biz möcüzələri, iman edənlərə sərgiləyərik.
Muhəmməd peyğəmbərə verilən möcüzə nə idi?
Ənkəbut/29:50
"Ona Rəbbindən bir möcüzə enməli deyildimi?" dedilər. De ki, "Möcüzələr Allahın qatındadır. Mən sadəcə açıq-aşkar bir xəbərdarlıq edənəm."
Ənkəbut/29:51
Bu kitabı sənə nazil etməyimiz və onlara oxunması onlara yetərli deyilmi? Bunda iman edən bir camaat üçün bir rəhmət və öyüd vardır.