Bəqərə - 2:121
Onlara verdiyimiz kitabı olduğu kimi izləyənlər, buna (Qurana) iman edir; inkar edənlər isə, ziyana uğrayar.
İnkar edənlər üçün itki (ziyan) nədir?
Ənfal/8:37
Beləcə Allah pisi yaxşıdan ayırd edər. Pisləri üst-üstə qoyub toplayar və cəhənnəmə yollayar. Bax ziyana uğrayanlar onlardır.
Ənam/6:31
Zərərə uğrayanlar, Allah ilə qarşılaşmağı yalanlayanlardır. O an (dünyanın sonu) onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq, "Oradakı həyatımızı boşa sərf etdiyimizə görə vay halımıza," deyəcəklər. Yükləndikləri şey necə də pisdir!
Həcc/22:11
İnsanlardan elələri vardır ki, Allaha şərti olaraq qulluq edər. İşləri yolunda gedincə sevinər; ancaq başına bir bəla gəlincə üzünü çevirər. Beləcə dünyanı da, axirəti də itirər. Gerçək itki bax budur.
Şura/42:45
Alçalmış və başları əyilmiş olaraq atəşə göndərilərlərkən göz ucu ilə çevrələrinə baxdıqlarını görərsən. İman edənlər, "Gerçək itkiyə məruz qalanlar, Dirilmə Günündə özlərini və ailələrini itirənlərdir. Zalımlar sürəkli bir əzaba məhkum olmuşdur," deyərlər.
Fussilət/41:23
Rəbbiniz haqqında bu düşüncəniz sizi döndərdi və ziyana uğrayanlardan oldunuz.
Fussilət/41:24
Dözərlərsə, yerləri atəşdir. Yox, xoş görülmək istəyərlərsə, üzrləri qəbul edilməyəcəkdir.
İbrahim/14:18
Rəblərini inkar edənlərin etdikləri işlər, fırtınalı bir gündə küləyin sovurduğu kül kimidir. Qazandıqlarından heç bir şey əldə edə bilməzlər. Bax gerçək itki (zərər) budur.
Bəqərə/2:264
Ey iman edənlər! Allaha və Axirət gününə iman etmədiyi halda insanlara göstəriş üçün yardım edən şəxs kimi yardımlarınızı minnət qoymaqla və əziyyət etməklə boşa çıxarmayın. Bu cür davranışın örnəyi, üzərində toz-torpaq yığılan bir qayaya bənzəyir ki, şiddətli bir yağış onu çılpaq buraxar. Etdiklərindən heç bir şey qazana bilməzlər. Allah inkarçı camaatı doğruya yönəltməz.