Bəqərə - 2:125 Kəbəni insanlar üçün bir diqqət mərkəzi və bir güvənlik yeri etdik. İbrahimin məqamını bir namaz yeri olaraq istifadə edin! “Ziyarətçilər, özünü ibadətə verənlər və əyilib səcdə edənlər üçün ikiniz evimi təmiz saxlayın", deyə İbrahim və İsmaili görəvləndirmişdik.
2: 125 ilə əlaqəli
Bəqərə/2:125 Kəbəni insanlar üçün bir diqqət mərkəzi və bir güvənlik yeri etdik. İbrahimin məqamını bir namaz yeri olaraq istifadə edin! “Ziyarətçilər, özünü ibadətə verənlər və əyilib səcdə edənlər üçün ikiniz evimi təmiz saxlayın", deyə İbrahim və İsmaili görəvləndirmişdik.

Ali İmran/3:96 İnsanlar üçün qurulan ilk ev, bütün insanlara bir hidayət qaynağı olan Bəkkədəki mübarək evdir.
Ali İmran/3:97 Orada açıq-aşkar işarətlər var: İbrahimin (bütpərəstliyə qarşı) durma yeridir. Oraya daxil olan güvənlik içində olmalıdır. İnsanlardan yolçuluğa (səfər etməyə) imkanı olanlar o Evi (Kəbəni) Allah üçün həcc etməklə məsuldur. Kim inkar edərsə bilsin ki, Allah kimsəyə möhtac deyildir.

İbrahim/14:35 Bir zaman İbrahim demişdi ki: "Rəbbim! Bu şəhəri güvənli et, məni və övladlarımı bütlərə qulluq/xidmət etməkdən qoru."
İbrahim/14:36 "Rəbbim, onlar, insanlardan bir çoxunu azdırdılar. Mənim davamçılarım məndəndir. Mənə qarşı gələnlərə gəlincə, əlbəttə Sən Bağışlayansan, Rəhmlisən."

Həcc/22:26 İbrahimi evin (Kəbənin) məkanına yerləşdirmişdik: "Mənə heç bir şeyi ortaq etmə. Evimi də, ziyarətçilər, orada məskunlaşanlar, rüku və səcdə edənlər üçün təmizlə."
Həcc/22:27 "İnsanlara  Həcc ziyarətini elan et. Sənin yanına piyada olaraq və ya fərqli minik vasitələriylə uzaqlardan gəlsinlər.
Həcc/22:28 (Ona görə) ki, onlar üçün bəzi (ictimai, siyasi və iqtisadi) faydalara şahid olsunlar və onlara kənd təsərrüfatı heyvanlarını ruzi olaraq verdiyi üçün Allahın ismini bilinən (məlum) günlərdə xatırlasınlar. "Onlardan yeyin və sıxıntı içindəki yoxsullara da yedirdin."
Həcc/22:29 Sonra öhdəliklərini tamamlasınlar, vermiş olduqları sözlərini yerinə yetirsinlər və o tarixi evi ziyarət etsinlər.