Bəqərə - 2:125
Kəbəni insanlar üçün bir diqqət mərkəzi və bir güvənlik yeri etdik. İbrahimin məqamını bir namaz yeri olaraq istifadə edin! “Ziyarətçilər, özünü ibadətə verənlər və əyilib səcdə edənlər üçün ikiniz evimi təmiz saxlayın", deyə İbrahim və İsmaili görəvləndirmişdik.
Kəbəni insanlar üçün güvən yeri etdi:
Maidə/5:2
Ey iman edənlər! Nə Allahın qoyduğu dini ayinlərə, nə müqəddəs aya, nə qurbana, nə onları işarətləyən çələnglərə, nə də Rəblərinin lütf və rizasını axtarmaq üçün Müqəddəs evə doğru yola çıxanlara hörmətsizlik etməyin. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Müqəddəs Məsciddən (Kəbədən) çevirən bir topluluğa olan kininizə görə təxribata yönəlib hücum etməyin. Yaxşılıq etməkdə və müttəqi davranmaqda yardımlaşın. Pislik və düşmənçilikdə yardımlaşmayın. Allahı dinləyin. Allahın cəzası çətindir.
Həcc/22:25
İnkar edənlər, yerli və xaricdən gələn bütün insanlar üçün bərabər olaraq ayırdığımız Mübarək Məsciddən və Allahın yolundan geri çevirənlər və orada zülm və azğınlıq axtaranlar, tərəfimizdən ağrılı-acılı bir əzab dadacaqlar.
Maidə/5:97
Allah, müqəddəs ev Kəbəni, müqəddəs ayları, nəzirləri və onları işarələyən çələngləri (nişanları), insanlar üçün güvənlik ünsürü etdi. Biləsiniz ki, Allah göylərdə və yerdə olanları bilir. Allah hər şeyi Bilir.
Bəqərə/2:197
Həcc, bilinən aylarda yerinə yetirilməlidir. Kim o aylarda həccə qərar vermişsə, bilsin ki, həcdə cinsi əlaqə, pislik etmək, mübahisə etmək yoxdur. Etdiyiniz hər yaxşılığı Allah bilir. Yol üçün azuqənizi hazırlayarkən, ən xeyirli azuqənin müttəqilik olduğunu unutmayın. Dərrakə sahibləri! Məni dinləyin.
Tovbə/9:36
Göyləri və yeri yaratdığı gün Allahın kitabında ayların sayı, Allaha görə on ikidir. Bunlardan dördü isə müqəddəsdir. Bax qüsursuz din budur; o aylarda (savaşaraq) özünüzə zülm etməyin. Amma bütpərəstlər sizinlə cəm halda savaşarlarsa, siz də onlarla cəm halda savaşın. Biləsiniz ki, Allah müttəqi davrananların yanındadır.
Qasas/28:57
Dedilər ki, "Sənin hidayətinə tabe olsaq yurdumuzdan edilərik." Onları, qatımızdan hər növ məhsulun ruzi olaraq toplanıb götürüldüyü güvənli və mübarək bir bölgəyə yerləşdirmədikmi? Halbuki çoxları bilməz.
Bəqərə/2:125
Kəbəni insanlar üçün bir diqqət mərkəzi və bir güvənlik yeri etdik. İbrahimin məqamını bir namaz yeri olaraq istifadə edin! “Ziyarətçilər, özünü ibadətə verənlər və əyilib səcdə edənlər üçün ikiniz evimi təmiz saxlayın", deyə İbrahim və İsmaili görəvləndirmişdik.
Ali İmran/3:96
İnsanlar üçün qurulan ilk ev, bütün insanlara bir hidayət qaynağı olan Bəkkədəki mübarək evdir.
Ali İmran/3:97
Orada açıq-aşkar işarətlər var: İbrahimin (bütpərəstliyə qarşı) durma yeridir. Oraya daxil olan güvənlik içində olmalıdır. İnsanlardan yolçuluğa (səfər etməyə) imkanı olanlar o Evi (Kəbəni) Allah üçün həcc etməklə məsuldur. Kim inkar edərsə bilsin ki, Allah kimsəyə möhtac deyildir.