Bəqərə - 2:127 İbrahim, İsmail ilə birlikdə evin (Kəbənin) təməllərini yüksəldir: “Rəbbimiz, bizdən qəbul et, şübhəsiz Sən Eşidənsən, Bilənsən."
İbrahimin Rəbbindən qəbul etməsini istədiyi:
İbrahim/14:35 Bir zaman İbrahim demişdi ki: "Rəbbim! Bu şəhəri güvənli et, məni və övladlarımı bütlərə qulluq/xidmət etməkdən qoru."
İbrahim/14:36 "Rəbbim, onlar, insanlardan bir çoxunu azdırdılar. Mənim davamçılarım məndəndir. Mənə qarşı gələnlərə gəlincə, əlbəttə Sən Bağışlayansan, Rəhmlisən."
İbrahim/14:37 "Rəbbimiz, mən övladlarımdan bəzisini, Müqəddəs Evinin yanındakı əkinsiz bir əraziyə yerləşdirdim. Rəbbimiz, onlar namazı qorusunlar deyə... İnsanların könüllərini onlara qarşı sevgi ilə doldur və onları məhsullarla ruziləndir ki, şükür etsinlər."
İbrahim/14:38 "Rəbbimiz, Bizim gizlədiyimizi və açıqladığımızı bilirsən. Yerdə və göydə heç bir şey Allaha gizli qalmaz.
İbrahim/14:39 "Qocalıq vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha təriflər olsun. Rəbbim, dualarımı eşidir."
İbrahim/14:40 "Rəbbim, məni namazı qoruyan biri et, övladlarımı da... Rəbbimiz dualarımı qəbul et."