Bəqərə - 2:128 "Rəbbimiz! İkimizi Sənə təslim olanlar (müsəlmanlar) et. Soyumuzdan da Sənə təslim olan bir topluluq çıxar. Bizə necə ibadət edəcəyimizi göstər, Sənə yönəlməmizi qəbul et, şübhəsiz Sən yönəlmələri qəbul edənsən, Rəhimsən."
İbrahim sonrakı nəsillər üçün yaxşı bir örnək:
Mumtəhənə/60:4 Sizin üçün İbrahim və onunla bərabər olanlarda gözəl bir örnək vardır. Onunla bərabər olanlar, öz xalqına, "Biz sizdən və sizin Allahdan başqa qulluq/xidmət etdiklərinizdən uzağıq. Sizi tanımırıq. YALNIZ Allaha iman edincəyə qədər bizimlə sizin aranızda əbədi olaraq düşmənçilik və nifrət zahir olmuşdur. Halbuki, İbrahimin atasına, "Sənin bağışlanmağın üçün dua edəcəyəm, fəqət Allahdan gələcək heç bir şeyə qarşı səni qoruya bilmərəm." şəklindəki sözü (bir xəta olaraq) bunun xaricində idi. "Rəbbimiz, Sənə güvəndik, Sənə yönəldik və axırda Sənə dönəcəyik."

Ali İmran/3:67 İbrahim nə Yəhudi idi, nə də Xristian; Təkallahlı (hənif) bir müsəlmandı. Heç bir zaman ortaq qoşanlardan olmadı.
Ali İmran/3:68 İnsanların İbrahimə ən yaxın olanları, onun ardınca gedənlər, bu Peyğəmbər və iman edənlərdir. Allah iman edənlərin Hökmdarı və Dostudur.

Bəqərə/2:130 Özünü aldadandan başqası İbrahimin dinindən üz çevirməz. Onu bu dünyada seçdik, axirətdə də müttəqi kəslərdən olacaq.
Bəqərə/2:131 Rəbbi ona: “Təslim ol!”– dediyində, “Aləmlərin Rəbbinə təslim oldum!”– deyə qarşılıq vermişdi.
Bəqərə/2:132 İbrahim və daha sonra Yəqub bunu övladlarına öyüd-nəsihət etdi: “Övladlarım! Allah sizin üçün bu dini seçdi; müsəlman olaraq ölməyə diqqət edin."
Bəqərə/2:133 Yəqub can verərkən şahid olsaydınız. O, övladlarına: "Məndən sonra kimə qulluq edəcəksiniz?" - deyə soruşmuşdu. Onlar da, "Sənin Tanrın, ataların İbrahim, İsmail və İshaqın Tanrısı olan tək Tanrıya qulluq edəcəyik, biz Ona təslim olanlarıq," - demişdilər.
Bəqərə/2:134 Bu keçmişdəki bir camaatdır. Onların qazandıqları onların, sizin qazandıqlarınız sizindir. Siz onların etdiklərindən məsuliyyətli tutulmayacaqsınız.
Bəqərə/2:135 “Yəhudi və ya Xristian olun ki, doğru yolu tapa biləsiniz," - dedilər. De ki: "Xeyr, biz İbrahimin Təkallahlı dininə tabe olarıq. O, ortaq qoşanlardan olmadı."

Ali İmran/3:95 De ki: “Allah doğrunu söyləyər; İbrahimin Təkallahlı (hənif) dininə tabe olun. O, ortaq qoşanlardan olmadı.”
Ali İmran/3:96 İnsanlar üçün qurulan ilk ev, bütün insanlara bir hidayət qaynağı olan Bəkkədəki mübarək evdir.
Ali İmran/3:97 Orada açıq-aşkar işarətlər var: İbrahimin (bütpərəstliyə qarşı) durma yeridir. Oraya daxil olan güvənlik içində olmalıdır. İnsanlardan yolçuluğa (səfər etməyə) imkanı olanlar o Evi (Kəbəni) Allah üçün həcc etməklə məsuldur. Kim inkar edərsə bilsin ki, Allah kimsəyə möhtac deyildir.