Bəqərə - 2:128 "Rəbbimiz! İkimizi Sənə təslim olanlar (müsəlmanlar) et. Soyumuzdan da Sənə təslim olan bir topluluq çıxar. Bizə necə ibadət edəcəyimizi göstər, Sənə yönəlməmizi qəbul et, şübhəsiz Sən yönəlmələri qəbul edənsən, Rəhimsən."
İbrahimin soyu kimlərdir?
Məryəm/19:49 Onları və Allahdan başqa qulluq/xidmət etdiklərini tərk edincə ona (İbrahimə) İshaqı və Yəqubu verdik. Hamısını peyğəmbər etdik.
Məryəm/19:50 Onlara rəhmətimizdən verdik. Onlara doğru və şərəfli bir dil bağışladıq.
Məryəm/19:51 Kitabda Musanı xatırla. O özünü tamamilə (Allaha) həsr edən biri idi. Peyğəmbər olan bir elçi idi.
Məryəm/19:52 Ona Tur dağının sağ tərəfindən səsləndik. Danışmaq üçün onu yaxınlaşdırdıq.
Məryəm/19:53 Qatımızdan bir rəhmət olaraq qardaşı Harunu ona peyğəmbər olaraq ərməğan etdik.
Məryəm/19:54 Kitabda İsmaili xatırla! O sözündə duran biri idi. Eyni zamanda peyğəmbər olan bir elçi idi.
Məryəm/19:55 Ailəsinə namazı qorumağı və zəkatı verməyi əmr edərdi. Rəbbi tərəfindən bəyənilmişdi.
Məryəm/19:56 Kitabda İdrisi xatırla. O peyğəmbər olan bir doğruçu idi
Məryəm/19:58 Bax bunlar, Allahın nemətləndirdiyi peyğəmbərlərin bir qismidir. Adəmin soyundan, Nuh ilə birlikdə (gəmidə) daşıdıqlarımızdan, İbrahimin və İsrailin soyundan... Doğruya yetişdirdiyimiz və seçdiyimiz kimsələrdir onlar. Onlara Rəhmanın ayələri oxunduğu zaman ağlayaraq səcdəyə varırlar.

Ali İmran/3:33 Allah Adəmi, Nuhu, İbrahim ailəsini və İmranın ailəsini insanların arasından (elçi olaraq) seçdi.
Ali İmran/3:34 Bir-birlərinin soyundan olaraq... Allah Eşidəndir, Biləndir!

Nisa/4:163 Nuha və ondan sonra gələn peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yəquba və soyuna, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etmiş, Davuda da Zəbur vermişdik.

Ənam/6:83 Bunlar, xalqına qarşı istifadə etməsi üçün İbrahimə verdiyimiz mübahisə üsuludur. İstədiyimizi dərəcələrlə yüksəldərik. Rəbbin Hikmət sahibidir, Biləndir.
Ənam/6:84 Ona İshaqı və Yəqubu bəxş etdik. Hər birisinə yol göstərdik. Daha öncə də Nuha və onun soyundan Davuda, Süleymana, Əyyuba, Yusufa, Musaya və Haruna da yol göstərdik. Gözəl davrananları bax belə mükafatlandırırıq.
Ənam/6:85 Zəkəriyya, Yəhya, İsa və İlyasa da... Hamısı da yaxşılardan idi.
Ənam/6:86 İsmail, Əl-Yəsə, Yunus və Luta da... Hamısını insanlara üstün etdik.
Ənam/6:87 Atalarından, soylarından və qardaşlarından bir çoxunu seçib doğru yola yönəltdik.

Ənkəbut/29:27 Ona (İbrahimə) İshaq və Yəqubu bağışladıq. Soyuna peyğəmbərlik və Kitab verdik. Mükafatını bu dünyada verdik və axirətdə də müttəqilərlə birlikdə olacaqdır.

Saffat/37:112 Ona (İbrahimə) İshaqı müjdələdik, müttəqilərdən bir peyğəmbər olaraq.
Saffat/37:113 Ona da, İshaqa da lütf etdik. Şübhəsiz, ikisinin soyundan həm yaxşı davrananlar, həm də özünə zülm edənlər var.