Bəqərə - 2:13 Onlara, "Bu insanların iman etdiyi kimi iman edin," deyildiyində, "Beyinsizlərin iman etdiyi kimimi iman edəcəyik?” deyərlər. Gerçək beyinsizlər onlardır, fəqət bilməzlər.
"Beyinsizlərin iman etdiyi kimi iman edəcəyik? deyərlər": Nümunə
Əraf/7:65 Ad xalqına da qardaşları Hudu göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Müttəqi olmayacaqsınız?"
Əraf/7:66 Xalqının öndə gələn inkarçıları, "Biz səni başıboşluq (səfehlik) içində görürük. Biz səni yalançı sanırıq."
Əraf/7:67 Dedi ki: "Ey xalqım, Mən başıboş (səfeh) deyiləm; fəqət mən, aləmlərin Rəbbi tərəfindən bir elçiyəm."
Əraf/7:68 "Sizə Rəbbimin mesajını çatdırıram. Sizin üçün etibarlı bir nəsihətçiyəm."

Hud/11:25 Nuhu xalqına göndərmişdik: "Mən, sizin üçün açıq-aşkar xəbərdarlıq edən biriyəm."
Hud/11:26 "Allahdan başqasına qulluq etməyin! Ağrılı-acılı bir günün əzabına uğramanızdan qorxuram."
Hud/11:27 Xalqının inkar edən öncüləri, "Səni sadəcə bizim kimi bir insan olduğunu görürük və aramızdakı dayaz düşüncəli adi insanlardan başqa kimsənin sənə tabe olmadığını görürük. Sizin bizdən hər hansısa bir üstünlüyünüzü də görmürük. Əksinə, biz sizin yalançı olduğunuzu sanırıq," dedilər.