Bəqərə - 2:130 Özünü aldadandan başqası İbrahimin dinindən üz çevirməz. Onu bu dünyada seçdik, axirətdə də müttəqi kəslərdən olacaq.
Allah İbrahimi dünyada nə olaraq seçdi?
Bəqərə/2:124 Rəbbi, bir zamanlar İbrahimi bəzi kəlmələrlə sınamış; o da onlara əlavə etmişdi: (Tanrı) "Səni insanlara öndər edəcəyəm," demişdi. "Soyumdan da?..," deyincə, "Zalımlar Mənim sözümə daxil olmaz" buyurmuşdu.

Ali İmran/3:33 Allah Adəmi, Nuhu, İbrahim ailəsini və İmranın ailəsini insanların arasından (elçi olaraq) seçdi.