Bəqərə - 2:131
Rəbbi ona: “Təslim ol!”– dediyində, “Aləmlərin Rəbbinə təslim oldum!”– deyə qarşılıq vermişdi.
İbrahim peyğəmbərin Rəbbinə təslim olması:
Ənam/6:75
Qəti bir inanca sahib olması üçün, İbrahimə göylərin və yerin səltənətini beləcə göstərdik:
Ənam/6:76
Gecənin qaranlığı onu bürüdükdə o, bir planet gördü, "Bu mənim Rəbbimdir!" dedi. Batınca, "Mən batanları sevmirəm," dedi.
Ənam/6:77
Ayı doğarkən görüncə, "Budur mənim Rəbbim!" dedi. Batınca da, "Rəbbim mənə doğru yolu göstərməzsə, azanlardan olaram," dedi.
Ənam/6:78
Günəşi doğarkən görüncə, "Budur mənim Rəbbim. Bu daha böyükdür!" dedi. O da batınca: "Ey xalqım, mən sizin ortaq qoşduğunuz şeylərdən uzağam," dedi.
Ənam/6:79
Mən üzümü tamamilə, göyləri və yeri yaradana çevirdim və mən ortaq qoşanlardan deyiləm.
Ənam/6:80
Xalqı onunla mübahisə etdi. "Məni doğruya yönəltdiyi halda, mənimlə hələ də Allah haqqında mübahisəmi edirsiniz? Rəbbim bir şey diləmədikcə sizin ortaq qoşduqlarınızdan qorxmuram... Rəbbim biliyi ilə hər şeyi əhatə etmişdir. Öyüd almırsınız?"