Bəqərə - 2:132 İbrahim və daha sonra Yəqub bunu övladlarına öyüd-nəsihət etdi: “Övladlarım! Allah sizin üçün bu dini seçdi; müsəlman olaraq ölməyə diqqət edin."
Nə üçün müsəlman olaraq ölməliyik?
Ali İmran/3:83 Allahın dinindən başqasınımı axtarırlar? Halbuki göylərdə və yerdə kim varsa istər-istəməz Ona təslim olmuşdur və hamısı Ona döndəriləcəkdir.
Ali İmran/3:85 Kim İslamdan (Tanrıya təslim olmaqdan) başqa bir din axtararsa ondan qəbul edilməyəcək və o axirətdə ziyana uğrayanlardan olacaqdır.

Bəqərə/2:132 İbrahim və daha sonra Yəqub bunu övladlarına öyüd-nəsihət etdi: “Övladlarım! Allah sizin üçün bu dini seçdi; müsəlman olaraq ölməyə diqqət edin."

Ali İmran/3:19 Allah tərəfindən təsdiqlənən tək din , Təslim Olmaqdır (İslamdır). Kitab verilmiş olanlar, özlərinə bilik gəldikdən sonra sırf aralarındakı qısqanclıq üzündən anlaşmazlığa düşdülər. Allahın ayələrini inkar edənlər üçün Allah haqq-hesabı tez çəkər.

Maidə/5:3 Leş, qan, donuz əti, Allahdan başqasına nəzir edilənlər sizə haram edildi. Canları çıxmadan kəsməyiniz istisna, boğulmuş, vurulmuş, (hündür yerdən) düşmüş, buynuzlanmış və öldürülmüş, canavar tərəfindən yeyilmiş heyvanlar, müqəddəsləşdirilmiş daşlar üzərində boğazlanaraq fal oxları ilə dağıdılanlar, bəli bunlar pisdir. Kafirlər bu gün dininizdən ümid kəsmişlər. Onlardan çəkinməyin; Məndən çəkinin. Bu gün sizə dininizi kamilləşdirdim, sizə nemətimi tamamladım və sizə din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən məcburiyyətdə qalarsa, günaha istəklə yönəlmədən yeyərsə, ona günah yoxdur. Çünki, Allah Bağışlayandır, Rəhmlidir.