Bəqərə - 2:136 “Allaha, bizə nazil edilənə, İbrahim, İsmail, İshaq, Yəqub və nəvələrinə nazil edilənlərə, Musaya, İsaya verilənə, və bütün peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman etdik. Onların heç biri arasında fərq qoymarıq. Biz sadəcə Ona təslim olanlarıq,” - deyin.
Kim Allahın elçiləri arasında fərq qoyarsa:
Nisa/4:150 Allaha və elçisinə qarşı çıxanlar, Allah ilə elçilərinin arasını ayırmaq istəyənlər, "Bir qisminə iman edib, bir qismini inkar edərik," - deyənlər və bu ikisi arasında bir yol seçmək istəyənlər...
Nisa/4:151 Bax bunlar əsl inkar edənlərdir. İnkar edənlər üçün ağrılı-acılı bir əzab hazırlayırıq.