Bəqərə - 2:144
Üzünü göyə çevirib durduğunu görürük. Səni, razı qalacağın bir qibləyə çevirəcəyik. Artıq üzünü Müqəddəs Məscidə çevir. Harada olursunuzsa olun üzlərinizi o yönə çevirin. Şübhəsiz, özlərinə kitab verilənlər, bunun Rəblərindən gələn bir gerçək olduğunu bilirlər. Allah onların etdiyindən qafil deyildir.
Kitab verilənlərdən Qurana iman edənlər vardır:
Bəqərə/2:144
Üzünü göyə çevirib durduğunu görürük. Səni, razı qalacağın bir qibləyə çevirəcəyik. Artıq üzünü Müqəddəs Məscidə çevir. Harada olursunuzsa olun üzlərinizi o yönə çevirin. Şübhəsiz, özlərinə kitab verilənlər, bunun Rəblərindən gələn bir gerçək olduğunu bilirlər. Allah onların etdiyindən qafil deyildir.
Maidə/5:82
İnsanların arasında iman edənlərin ən azğın düşməni olaraq Yəhudiləri və müşrikləri görəcəksən. İman edənlərə sevgi baxımından ən yaxın olanları da “Biz Xristianıq!” – deyənləri görərsən. Çünki onların arasında təkəbbür göstərməyən papalar və rahiblər vardır.
Maidə/5:83
Elçiyə nazil edilənləri dinlədikləri zaman, gerçəyi tanımalarından ötrü gözlərinin yaşla dolduğunu görərsən. Deyərlər ki, "Rəbbimiz! İman etdik, bizi şahidlərdən hesab et."
Ənam/6:20
Kitab verdiklərimiz, bu gerçəkləri övladlarını tanıdıqları kimi tanıyırlar. Şəxsiyyətlərini itirənlər iman etməyənlərdir.
Ənam/6:114
Allahdan başqa qanun qoyanmı axtarım? O ki sizə kitabı detallı olaraq nazil etmişdir. Özlərinə kitab verdiklərimiz onun Rəbbin tərəfindən nazil edildiyini bilirlər. O halda şübhəyə düşənlərdən olma.
Rad/13:36
Özlərinə kitab verdiklərimiz sənə nazil edilənə sevinirlər. Bəzi qruplar onun bir qismini inkar edərlər. De ki: "Allaha qul olmaqla və Ona ortaq qoşmamaqla əmr edildim. Ona tətəf çağırıram və dönüşüm də Onadır."
Ənkəbut/29:47
Məhz, bu Kitabı sənə nazil etdik. Özlərinə Kitab verdiklərimiz ona iman edəcəklər. Bunlardan (ümmilərdən) da bəziləri iman edəcəkdir. Kafirlərdən başqası ayələrimizi rədd etməz.