Bəqərə - 2:145 Kitab verilənlərə hər cürə ayəni (möcüzəni) gətirsən də, onlar yenə sənin qiblənə yönəlməz. Sən də onların qibləsinə tabe olan deyilsən. Onlar bir-birlərinin qibləsinə də tabe olmaz. Sənə gələn bu bilgidən sonra, onların kefinə (istəyinə) uyarsansa zalımlardan olarsan.
Qiblə nədir?
Bəqərə/2:125 Kəbəni insanlar üçün bir diqqət mərkəzi və bir güvənlik yeri etdik. İbrahimin məqamını bir namaz yeri olaraq istifadə edin! “Ziyarətçilər, özünü ibadətə verənlər və əyilib səcdə edənlər üçün ikiniz evimi təmiz saxlayın", deyə İbrahim və İsmaili görəvləndirmişdik.