Bəqərə - 2:148
Hər birinizin seçdiyi bir yön və üsul var; siz yaxşılıqda yarışın. Harada olursunuz olun Allah sizi bir araya gətirər. Allah əlbəttə hər şeyə gücü yetəndir.
Dirilmə Günündə hər kəsi bir araya toplayar.
Loğman/31:16
"Əziz Oğlum, xardal dənəsi ağırlığınca bir şey, istər bir qayanın içində olsun, istər göylərdə və ya yerdə olsun, Allah onu gətirər. Allah Lətifdir, Xəbərdardır.
İsra/17:104
Ondan sonra İsrail oğullarına, "Bu ölkədə məskunlaşın! Verilən son söz gəldiyində sizi bir araya toplayacağıq," dedik.
Səba/34:25
De ki, "Bizim günahlarımızdan siz məsul deyilsiniz, biz də sizin etdiklərinizdən məsul deyilik."
Səba/34:26
De ki, "Rəbbimiz hamımızı toplayar və sonra aramızda gerçəyə görə hökm verər. O Hakimdir, Biləndir."
Kəhf/18:47
Dağları silib götürdüyümüz və yeri çılpaq buraxdığımız gün onları toplayarıq; bir dənəsini belə buraxmadan.
Kəhf/18:99
O gün onları buraxarıq. Dalğalar halında bir-birlərinə girərlər. Boruya üfürülər; hamısını bir araya toplayarıq.
Nisa/4:87
Allah, Ondan başqa Tanrı yoxdur. Haqqında şübhə olmayan Dirilmə günü sizi toplayacaqdır. Allahdan daha doğru sözlü kim ola bilər?
Yunus/10:28
Onları bir araya topladığımız gün, ortaq qoşanlara; "Siz və ortaqlarınız haydı yerinizə!" deyərək bir-birlərindən ayırarıq. Ortaqları isə: "Siz bizə qulluq etmirdiniz," deyərlər.
Casiyə/45:26
De ki, "Sizi Allah dirildir və öldürür. Sonra gerçəkləşməsində şübhə olmayan Dirilmə Günündə sizi bir araya toplayar. Fəqət insanların çoxu bilməz."
Bəqərə/2:28
Allahı necə inkar edərsiniz? Siz ölülər idiniz O sizi diriltdi. Sonra sizi öldürər və təkrar dirildər və sonunda Ona döndərilərsiniz.
Ali İmran/3:9
"Rəbbimiz, gerçəkləşməsinə şübhə olmayan gündə insanları toplayacaq olan Sənsən." Allah sözündən dönməz.
Ali İmran/3:83
Allahın dinindən başqasınımı axtarırlar? Halbuki göylərdə və yerdə kim varsa istər-istəməz Ona təslim olmuşdur və hamısı Ona döndəriləcəkdir.
Ali İmran/3:158
Ölsəniz də, öldürülsəniz də, Allahın hüzuruna çıxarılacaqsınız.
Nisa/4:172
Nə Məsih, nə də yaxın mələklər Allahın qulu olmağı kiçiklik saymaz. Kim Ona qulluğu kiçik görər, sonra da özünü böyük tutarsa, bilsin ki, O, onların hamısını hüzuruna toplayacaqdır.
Ənam/6:38
Qanadlarıyla uçan quşlar daxil, Yer üzündəki bütün yaradılmışlar (məxluqat) sizin kimi bir cəmiyyətdir. Biz kitabda heç bir şeyi əskik buraxmadıq. Sonra onlar (bütün məxluqat) Rəblərinin hüzuruna toplanacaq.
Ənam/6:51
Rəblərinin hüzuruna çıxacaqlarına görə həyəcanlananları onunla (Quranla) xəbərdar et. Ondan başqa bir sahibləri və şəfaətçiləri (vasitəçiləri) yoxdur. Bəlkə qorunarlar.
Tovbə/9:105
"Çalışın; Allah, elçisi və iman edənlər etdiyinizi görəcəkdir. Gizlini və açığı Bilənə döndəriləcəksiniz və O da etdiklərinizi sizə bildirəcəkdir," de.
İsra/17:49
Dedilər ki: "Sümük və xırda parçalanmış hala düşdükdən sonramı yeni bir yaradılışla dirildiləcəyik?!"
İsra/17:50
De ki: "İstər daş və ya dəmirə dönün,"
İsra/17:51
"Yaxud sizə görə qeyri-mümkün görünən bir formaya girin, fərq etməz." Buna qarşılıq, "Bizi kim geri döndərəcək," deyəcəklər. De ki: "Sizi ilk öncə kim yaratdısa O!" Sonra başlarını sallayıb, "Yaxşı, nə zaman?" deyəcəklər. De ki: "Bəlkə düşündüyünüzdən daha yaxın..."
Ənkəbut/29:57
Hər nəfs ölümü dadacaq və sonra Bizə döndəriləcəksiniz.
Səcdə/32:11
De ki, "Üzərinizə görəvləndirilən ölüm mələyi canınızı alacaq və sonra Rəbbinizə döndəriləcəksiniz."
Təğabun/64:9
Gün gələr, sizi toplanma günü üçün toplayarıq. Bu, aldanma günüdür. Kim Allaha iman edər və müttəqi davranarsa, pisliklərini örtər və onu altından çaylar axan cənnətlərə daxil edər. Orada əbədi qalarlar. Böyük uğur məhz budur.
Ya sin/36:51
Boruya üfürülən kimi, onlar məzarlarından qalxıb Rəblərinə qaçacaqlar.
Ya sin/36:52
"Vay halımıza, yatdığımız yerdən bizi kim qaldırdı? Bu, Rəhmanın söz verdiyi şeydi. Demək elçilər doğru söyləmişdi," deyərlər.
Ya sin/36:53
Sadəcə bir partlama... Dərhal hüzurumuza toplanıb gətirilərlər.
Şura/42:15
Sən buna dəvət et və sənə əmr edildiyi kimi ən doğru (şəkildə) tətbiq et. Onların arzularına uyma və de ki, "Allahın mənə nazil etdiyi kitaba iman etdim. Sizin aranızda ədalətlə davranmaqla əmr olundum. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim işlədiklərimiz bizə, sizin işlədikləriniz isə sizə aiddir. Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur. Bizi Allah bir araya gətirəcəkdir. Axırda dönüş Onadır.
Şura/42:29
Göyləri və yeri yaradıb onlarda müxtəlif məxluqlar yayması Onun işarələrindəndir. O, istədiyi zaman onları toplaya bilir.
Cumuə/62:8
De ki, "Qaçdığınız ölüm, mütləq sizə yetişəcək və daha sonra gizlini və aşkarı Bilənin hüzuruna döndəriləcəksiniz. Etdiyiniz hər şeyi sizə bildirəcəkdir."