Bəqərə - 2:148 Hər birinizin seçdiyi bir yön və üsul var; siz yaxşılıqda yarışın. Harada olursunuz olun Allah sizi bir araya gətirər. Allah əlbəttə hər şeyə gücü yetəndir.
Rəbbimiz Yəhudi, Xristian, Müsəlman camaatları dirilmə günü bir araya toplayar və hökmünü verər:
Bəqərə/2:113 Yəhudilər: “Xristianların bir təməli yoxdur," deyərkən, Xristianlar da: "Yəhudilərin bir təməli yoxdur," dedilər. Halbuki hamısı da kitabı oxuyurlar. Cahillər də eyni onlar kimi danışır. Dirilmə günü Allah ayrılığa düşdükləri mövzularda aralarında hökm verəcəkdir.

Səba/34:25 De ki, "Bizim günahlarımızdan siz məsul deyilsiniz, biz də sizin etdiklərinizdən məsul deyilik."
Səba/34:26 De ki, "Rəbbimiz hamımızı toplayar və sonra aramızda gerçəyə görə hökm verər. O Hakimdir, Biləndir."

Casiyə/45:28 Hər camaatı diz çökmüş halda görərsən. Hər camaat öz kitabına çağrılar: "Bu gün sizə, etdiklərinizin qarşılığı ödənəcəkdir."
Casiyə/45:29 "Bu kitabımız sizə qarşı gerçəyi söyləməkdədir. Çünki biz, etdiklərinizi qeyd edirdik."