Bəqərə - 2:150 Hansı tərəfdən yola çıxarsan çıx, (namaz üçün) üzünü Müqəddəs Məscidə doğru çevirməlisən! Harada olursunuzsa olun, üzünüzü onun tərəfinə çevirin ki, insanların sizə qarşı (tənqid edəcək) bir dəlili olmasın. Zalımlara gəlincə, onlardan çəkinməyin, Məndən çəkinin ki, sizə olan nemətimi tamamlayım və siz də doğruya yetişə biləsiniz.
Doğru yol nə deməkdir?
Fussilət/41:30 "Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərin üzərinə mələklər enər, "Qorxmayın, üzülməyin və dəvətli olduğunuz cənnətlə sevinin."

Məryəm/19:36 "Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Doğru yol budur."

Ya sin/36:60 Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.

Ali İmran/3:51 "Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Budur doğru yol."

Zuxruf/43:61 O (İsa), Saat haqqında bir bilgi qaynağı və işarətdir. Elə isə onun (zamanı) haqqında şübhə etməyin və məni izləyin. Doğru yol budur.
Zuxruf/43:64 "Allah mənim Rəbbim və sizin də Rəbbinizdir, sadəcə Ona qulluq etməlisiniz. Ən doğru yol budur."