Bəqərə - 2:155
Sizi qorxuyla, aclıqla, para (pul), can və məhsul itkisi ilə sınayacağıq. Müjdə ver səbr edənlərə.
Qorxu ilə imtahan nümunəsi:
Ali İmran/3:173
Onlar ki, insanlar onlara, “Camaat sizə qarşı birləşib hərəkətə keçmiş; qorxun onlardan,”– dediklərində, bu onların ancaq imanını daha da artırar və belə deyərlər: “Bizə Allah yetər; O nə gözəl Qoruyucudur!”
Muhəmməd/47:20
İman edənlər, "Kaş (savaşmağa izin verən) bir surə nazil edilsəydi?" deyirdilər. Ancaq hökmü açıq bir surə nazil edilib və içində savaşdan söz edilincə, qəlblərində xəstəlik olanların, ölüm qorxusu ilə bayılan bir kimsənin baxışı kimi sənə baxdıqlarını görərsən. Onlar üçün uyğun olan,
Əhzab/33:22
İman edənlər, partiyaları (müttəfiqləri) [hücuma hazır] görüncə, "Bax bu, Allahın və elçisinin bizə söz verdiyidir. Allah və elçisi doğru söyləmişdir," dedilər. Bu (təhlükəli vəziyyət), onların ancaq inanclarını və təslimiyyətlərini gücləndirdi.
Əhzab/33:23
İman edənlərdən elə kimsələr var ki, Allaha vermiş olduqları sözü gerçəkləşdirmişdirlər. Onlardan kimisi əhdini yerinə yetirdi (şəhid oldu), kimisi də hazır gözləyir. Heç vaxt qərarsızlığa düşmədilər.
Əhzab/33:19
Sizinlə əlaqələrində çox xəsisdirlər. Təhlükə gəldiyində, üzərinə ölüm halsızlığı çökmüş kimsə kimi gözləri qorxudan dönmüş bir halda sənə baxdıqlarını görərsən. Təhlükə keçincə də, mala-mülkə düşkünlük göstərərək sizi acı (incidici) dilləri ilə incidərlər. Bu cür kimsələr iman etmiş deyillər. Buna görə Allah onların işlərini boşa çıxarar. Bu, Allah üçün asandır.
Tovbə/9:13
Andlarını pozan, Elçini sürgün etməyə çalışan və sizinlə (savaşı) ilk dəfə başlatan topluluğa qarşı savaşmayacaqsınız? Yoxsa onlardan qorxursunuz? İman edirsinizsə, məhz Allahdan çəkinməlisiniz.
Nisa/4:77
Onlara, “Savaşdan əl çəkin, namazı qoruyun, zəkatı verin!” – deyilən kəslərə diqqət etmədinmi? Onlara savaşmaları əmr edildiyində, insanlardan Allahdan qorxar kimi, bəlkə də daha artıq qorxmağa başladılar və "Rəbbimiz, nə üçün bizə savaşı yüklədin, bizi yaxın bir vaxta qədər təxirə sala bilməzdinmi?" - dedilər. De ki, "Bu dünyanın varlığı azdır, müttəqilər üçün axirət daha xeyirlidir; ən ufaq bir haqsızlığa məruz qalmayacaqsınız."
Yunus/10:83
Firon və əyanlarının işgəncə və təzyiqindən qorxduqları üçün Musaya, xalqından ancaq bir neçə nəfər iman etdi. Firon, yer üzündə həddi çox aşan bir tiran idi.
Ali İmran/3:175
Şeytan ancaq öz dostlarına qorxu verir. Onlardan qorxmayın, Məndən qorxun; gerçəkdən iman etmişsinizsə.