Bəqərə - 2:155 Sizi qorxuyla, aclıqla, para (pul), can və məhsul itkisi ilə sınayacağıq. Müjdə ver səbr edənlərə.
Aclıqla imtahan nümunəsi:
Maidə/5:3 Leş, qan, donuz əti, Allahdan başqasına nəzir edilənlər sizə haram edildi. Canları çıxmadan kəsməyiniz istisna, boğulmuş, vurulmuş, (hündür yerdən) düşmüş, buynuzlanmış və öldürülmüş, canavar tərəfindən yeyilmiş heyvanlar, müqəddəsləşdirilmiş daşlar üzərində boğazlanaraq fal oxları ilə dağıdılanlar, bəli bunlar pisdir. Kafirlər bu gün dininizdən ümid kəsmişlər. Onlardan çəkinməyin; Məndən çəkinin. Bu gün sizə dininizi kamilləşdirdim, sizə nemətimi tamamladım və sizə din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən məcburiyyətdə qalarsa, günaha istəklə yönəlmədən yeyərsə, ona günah yoxdur. Çünki, Allah Bağışlayandır, Rəhmlidir.

Bəqərə/2:61 Fəqət siz, “Musa! Biz eyni cür yeməklərə dözə bilməyəcəyik. Rəbbini bizim üçün çağır, bizə lobya, qabaq, sarımsaq, mərcimək, soğan kimi torpağın bitirdiyindən yetişdirsin," demişdiniz ki: "Yaxşı olanı daha aşağı olanlamı dəyişdirmək istəyirsiniz? İstəyirsinizsə Misirə geri dönün, orada axtardığınızı tapa bilərsiniz!" demişdi. Beləcə alçaqlıq və yoxsulluğa məhkum edildilər və Allahın qəzəbinə məruz qaldılar. Çünki onlar Allahın ayələrinə qarşı sürəkli nankorca davranırlar, peyğəmbərləri haqsız yerə öldürürdülər. Çünki onlar, qarşı gəlib həddi aşırdılar.
Bəqərə/2:249 Talut ordunun başına keçincə bunları bildirdi: “Allah sizi bir çayla sınayacaq. Kim ondan içərsə, məndən deyildir. Kim onu dadmayıb sadəcə əliylə bir qurtum alarsa məndəndir." Çox azı istisna olmaqla hamısı ondan içdi. O bərabərindəki iman edənlərlə çayı keçincə, "Bu gün Calut və ordusuna qarşı durmağa gücümüz yoxdur," dedilər. Allah ilə qarşılaşacaqlarına iman edənlər isə belə dedilər: "Sayca az olan neçə-neçə dəstə, Allahın izni ilə çox dəstələri məğlub etmişdir. Allah səbr edənlərlə bərabərdir."
Bəqərə/2:273 (Yardımı), Allah yolundakı çalışmasından ötrü sərbəstlikləri məhdudlaşdırılaraq, köç etmə imkanından məhrum edilmiş ehtiyac sahiblərinə verin. Onları tanımayanlar, qürürlü rəftarlarına görə onları zəngin sanır. Onları üzlərindən tanıyarsan. İnsanlardan yardım dilənməzlər. Etdiyiniz hər yaxşılığı Allah bilir.

Tovbə/9:120 Nə şəhər əhalisi, nə də onların ətrafındakı Ərəblər, Allahın Elçisindən geri qalmamalı və özlərini ondan üstün görüb, öz canlarının hayına qalmamalıdır. Çünki Allah yolunda uğrayacaqları hər bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirəcək hər bir addım və düşmənə qarşı qazandıqları hər bir uğur, onlar üçün (əlavə) bir mükafat olaraq yazılar. Allah yaxşı davrananların mükafatını itirməz.