Bəqərə - 2:155 Sizi qorxuyla, aclıqla, para (pul), can və məhsul itkisi ilə sınayacağıq. Müjdə ver səbr edənlərə.
Can ilə imtahan nümunəsi:
Bəqərə/2:214 Yoxsa siz, sizdən öncəkilərin başına gələnlərin bənzəri sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınızımı sanırsınız? Onlar çətinlik və sıxıntıya uğradılar və elə sarsılmışdılar ki, elçi və bərabərindəki iman edənlər, “Allahın yardımı nə zamandır?”– dedilər. Yaxşı bilin ki, Allahın yardımı yaxındır.

Muhəmməd/47:20 İman edənlər, "Kaş (savaşmağa izin verən) bir surə nazil edilsəydi?" deyirdilər. Ancaq hökmü açıq bir surə nazil edilib və içində savaşdan söz edilincə, qəlblərində xəstəlik olanların, ölüm qorxusu ilə bayılan bir kimsənin baxışı kimi sənə baxdıqlarını görərsən. Onlar üçün uyğun olan,

Ali İmran/3:195 Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”

Tovbə/9:111 Allah iman edənlərin canlarını və mallarını cənnət qarşılığında satın almışdır. Allah yolunda savaşırlar, öldürürlər və öldürülürlər. Bu, Onun Tövratda, İncildə və Quranda verdiyi bir sözdür. Verdiyi sözü, Allahdan daha yaxşı kim yerinə yetirə bilər? Elə isə bu alış-verişinizə görə sevinin. Ən böyük uğur budur.

Əhzab/33:22 İman edənlər, partiyaları (müttəfiqləri) [hücuma hazır] görüncə, "Bax bu, Allahın və elçisinin bizə söz verdiyidir. Allah və elçisi doğru söyləmişdir," dedilər. Bu (təhlükəli vəziyyət), onların ancaq inanclarını və təslimiyyətlərini gücləndirdi.
Əhzab/33:23 İman edənlərdən elə kimsələr var ki, Allaha vermiş olduqları sözü gerçəkləşdirmişdirlər. Onlardan kimisi əhdini yerinə yetirdi (şəhid oldu), kimisi də hazır gözləyir. Heç vaxt qərarsızlığa düşmədilər.

Ali İmran/3:172 O iman edənlər ki, savaşda yaralandıqdan sonra da Allahın və elçisinin çağırışına tabe oldular. Yaxşılıq edib, müttəqi davrananları üçün böyük bir mükafat var.

Şuəra/26:49 (Firon) dedi ki: "Mən sizə izin vermədənmi ona iman etdiniz? O, sizə sehrbazlığı öyrədən ustanız olmalıdır. İndi görəcəksiniz: Əllərinizi, ayaqlarınızı çarpaz kəsəcəyəm və hamınızı asacağam."
Şuəra/26:50 Dedilər, "Vecimizə deyil, biz onsuz da Rəbbimizə dönəcəyik."

Ali İmran/3:146 Neçə-neçə peyğəmbərlər var ki, özlərini Rəblərinə həsr etmiş bir çox adam onlarla birlikdə savaşdı. Allah yolunda başlarına gələndən ötrü ruhdan düşmədilər, geri çəkilmədilər, boyun əymədilər. Allah müqvimət göstərənləri sevər.

Saffat/37:101 Biz də ona (İbrahimə) həlim xasiyyətli bir oğlan uşağı bağışladıq.
Saffat/37:102 Onunla birlikdə çalışma çağına yetişincə, "Oğlum, röyamda səni boğazlamalı olduğumu görürəm. Nə düşünürsən?" dedi. "Atacan, sənə əmr ediləni yerinə yetir. Allah istəyərsə, məni səbrli görəcəksən," dedi.
Saffat/37:103 Beləcə ikisi də təslim oldu və onu alnı üzərinə yıxdı.