Bəqərə - 2:164 Göylərin və yerin yaradılışında, gecənin və gündüzün bir-birilə yer dəyişdirməsində, insanların faydası üçün okeanda axıb gedən gəmilərdə, Allahın göydən su endirib ölümündən sonra yer üzünü diriltməsində və orada yaydığı hər növ canlıda, küləkləri və göy ilə yer arasında hazır olan buludları fırladıb çevirməsində ağlını istifadə edən bir camaat üçün əlbəttə ayələr (dərslər və dəlillər) vardır.
Nə üçün göylər (cəm ifadəsi), neçə göy?
Fussilət/41:11 Sonra duman halındakı göyə yönələrək, ona və yerə, "İstəyərək və ya istəməyərək (xaosdan çıxıb) gəlin," dedi. Onlar da, "İstəyərək gəldik," dedilər.
Fussilət/41:12 Beləcə onları iki gündə yeddi göy olaraq tamamladı və hər göyə özünəməxsus qanunları bildirdi. Və Biz ən aşağıdakı göyü isə qəndillərlə və qoruma sistemi ilə təchiz etdik. Bu, Üstün və hər şeyi Bilənin planıdır.

Bəqərə/2:29 Yer üzündə hər şeyi sizin üçün yaradan Odur. Sonra göyə yönəlib onu yeddi göy olaraq nizamladı. O, hər şeyi bilər.

İsra/17:44 Yeddi göy və onların içindəkilər Onu ucaldaraq xatırlayarlar. Heç bir şey yoxdur ki, Onu tərifləyərək və ucaldaraq xatırlamasın; amma siz onların xatırlamalarını anlamazsınız. O Şəfqətlidir, Bağışlayandır.

Muminun/23:86 De ki: "Rəbbi kimdir yeddi göyün, Böyük hakimiyyətin Rəbbi?"

Talaq/65:12 Yeddi göyü və yerdən/torpaqdan da o qədər yaradan Allahdır. Əmrlər onların arasında enər. Beləcə Allahın hər şeyə gücünün yetdiyini və Allahın hər şeyi bilgi ilə ehtiva etdiyini biləsiniz.

Mulk/67:3 O Yeddi göyü qat-qat yaratmışdır. Rəhmanın yaratmasında hər hansısa bir qüsur tapa bilməzsən. Baxışlarını yönəlt və bax; hər hansısa bir çatlaq görə bilirsənmi?