Bəqərə - 2:164
Göylərin və yerin yaradılışında, gecənin və gündüzün bir-birilə yer dəyişdirməsində, insanların faydası üçün okeanda axıb gedən gəmilərdə, Allahın göydən su endirib ölümündən sonra yer üzünü diriltməsində və orada yaydığı hər növ canlıda, küləkləri və göy ilə yer arasında hazır olan buludları fırladıb çevirməsində ağlını istifadə edən bir camaat üçün əlbəttə ayələr (dərslər və dəlillər) vardır.
Gecənin və gündüzün bir-biri ilə yer dəyişdirməsində ibrət nədir?
Qasas/28:71
De ki, "Allah gecəni dirilmə gününə qədər üzərinizdə daimi etsəydi, nə deyə bilərsiniz? Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilər? Eşitmirsiniz?
Qasas/28:72
De ki, "Allah gündüzü dirilmə gününə qədər üzərinizdə daimi etsəydi, nə deyə bilərsiniz? Allahdan başqa hansı tanrı dincələcəyiniz gecəni sizə gətirə bilər? Görmürsünüz?"
Qasas/28:73
Gecəni və gündüzü, birində dincəlməyiniz və digərində Onun nemətlərini axtarmağınız üçün nizama salması Onun rəhmətindəndir. Bəlkə şükür edərsiniz.
Muminun/23:80
Odur dirildən və öldürən; gecənin və gündüzün dəyişməsi Ona bağlıdır. Ağlınızı istifadə etmirsiniz?
Nəml/27:86
Gecəni dincəlmələrinə əlverişli, gündüzü də aydınlıq etdiyimizi görmədilərmi? İman edən bir camaat üçün əlbəttə bunda işarətlər vardır.
Ğafir/40:61
Allah, gecəni dincəlməyiniz üçün yaradan və gündüzü də aydınlıq edəndir. Allah insanlara qarşı böyük lütf sahibidir, fəqət insanların çoxu şükür etməz.