Bəqərə - 2:165
Allahdan başqasını tanrı qəbul edən və Allahı sevər kimi onları sevən kimsələr var. İman edənlər isə ən çox Allahı sevər. O zülm edənlər, əzabı gördükləri zaman bütün gücün Allaha aid və Allahın əzabının çətin olduğunu anlayacaqlarını bir bilsəydilər!
Allahdan başqa tanrı qəbul edənlərin / ortaq qoşanların əməlləri ləğv edilər və ona görə də öz nəfslərinə / öz mənliklərinə zülm edənlərdir:
Zumər/39:65
Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.
Tovbə/9:17
Bütpərəstlər, öz inkar etmələrinə özləri şahid olduqları halda, Allahın məscidlərini tez-tez ziyarət etməməlidir. İşləri boşa çıxmışdır. Onlar atəşdə əbədidirlər.
Ənam/6:82
İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.
Loğman/31:13
Loğman oğluna öyüd verərkən bunu demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."