Bəqərə - 2:167 Tabe olanlar belə deyəcək: “Kaş ki, bir şansımız (dünyaya dönmə imkanımız) olsaydı, onların indi bizdən uzaq durduqları kimi biz də onlardan uzaq dursaydıq!” Beləcə, Allah etdiklərini peşmançılığa döndərər; atəşdən çıxa bilməzlər.
Peşmançılıq çəkmələri fayda verir mi?
Muminun/23:99 Onlardan birinə ölüm gəlib çatdığı zaman belə deyər, "Rəbbim, məni geri döndərin."
Muminun/23:100 "(Ona görə) ki, tərk etdiyim şeylərdə müttəqi işlər görüm." Xeyr! Bu onun söylədiyi boş bir sözdür. Dirilmə gününə qədər onların ardında bir əngəl (maneə) vardır.

Səcdə/32:29 De ki, "Zəfər günü, inkar edənlərə iman etmələri bir fayda verməyəcəkdir; onlara başqa bir şans da verilməyəcəkdir."

Fatir/35:37 Orada, "Rəbbimiz, bizi çıxart ki, etdiklərimizdən fərqli işlər edək," deyə fəryad edərlər. Öyüd alabiləcək bir nəfərin öyüd alabiləcəyi qədər uzun bir müddət sizi yaşatmadıqmı? Sizə xəbərdarlıq edən də gəlmişdi. Elə isə dadın. Zalımların yardımçısı yoxdur.