Bəqərə - 2:175 Onlar, hidayət qarşılığında azğınlığı və əfv edilmə qarşılığında əzabı satın almışlardır. Atəşə nə qədər də dözümlüdürlər!
Allah kimləri hidayətə yetişdirir?
Bəqərə/2:150 Hansı tərəfdən yola çıxarsan çıx, (namaz üçün) üzünü Müqəddəs Məscidə doğru çevirməlisən! Harada olursunuzsa olun, üzünüzü onun tərəfinə çevirin ki, insanların sizə qarşı (tənqid edəcək) bir dəlili olmasın. Zalımlara gəlincə, onlardan çəkinməyin, Məndən çəkinin ki, sizə olan nemətimi tamamlayım və siz də doğruya yetişə biləsiniz.
Bəqərə/2:156 Ona görə ki, onlara bir müsibət gəldiyində: “Biz, Allaha aidik və Ona dönəcəyik," – deyərlər.
Bəqərə/2:157 Məhz onlara, Rəblərindən dəstək və rəhmət vardır. Onlar doğruya yetişənlərdir.
Bəqərə/2:186 Qullarım Məni səndən soruşarlarsa, bilsinlər ki, Mən yaxınam. Məni çağırdığı vaxt çağıranın çağırışına qarşılıq verirəm. Doğru yolu tapa bilmələri üçün onlar da Mənə qarşılıq verməli və Mənə iman etməlidir.

Maidə/5:15 Kitab əhli, kitabın gizlədiyiniz bir çox bölümünü açıqlayan və bir çoxunu da üzünüzə vurmayan elçimiz gəldi sizə. Allahdan bir nur və açıq-aşkar bir kitab da gəldi sizə.
Maidə/5:16 Onunla Allah, rizasına diqqət edənləri barış və hüzur yollarına yönəldir. İzniylə onları qaranlıqlardan aydınlığa çıxararaq onları ən doğru yola yönəldir.

Ənam/6:125 Allah kimi doğru yola yetişdirmək istəyərsə, onun könlünü İslama (Tanrıya təslim olmağa) açar, kimi də azdırmaq istəyərsə köksünü, göyə yüksəlirmiş kimi dar və sıxıntılı edər. Allah iman etməyənləri bax bu cür pis vəziyyətə salar.

Tovbə/9:18 Allahın məscidlərini, ancaq Allaha və Axirət gününə iman edənlər, namazı qoruyanlar, zəkatı verənlər və Allahdan başqasından qorxmayanlar tez-tez ziyarət edərlər. Onlar, doğru yolu tapanlardandır.

Yunus/10:9 İman edib müttəqi işlər görənlərə gəlincə, Rəbləri inanclarına görə onları doğruya yönəldir. Nemət cənnətlərində ayaqlarının altından çaylar axar.

Nəhl/16:9 Yolları göstərmək Allaha aiddir; bəzisi əyridir. İstəsəydi hamınızı doğruya yönəldərdi.
Nəhl/16:104 Allahın ayələrinə iman etməyənləri Allah doğru yola yönəltməz; onlar üçün ağrılı-acılı bir əzab vardır.
Nəhl/16:120 İbrahim, Allaha boyun əyən, monoteist bir öncü idi. Heç bir vaxt ortaq qoşmadı.
Nəhl/16:121 Onun nemətlərinə şükür edən idi. Onu seçdi və  onu doğru yola yönəltdi.

Qasas/28:56 Sən sevdiyini doğruya yönəldə bilməzsən. İstədiyini doğruya yönəldən sadəcə Allahdır. Doğru yolda olanları da yaxşı bilir.

Şura/42:13 Daha öncə Nuha buyurduğu dini, sizə qanun olaraq müəyyən etdik. Sənə vəhy etdiyimiz kimi, İbrahimə, Musaya və İsaya da öyüd-nəsihət elədik: "Bu dini doğru tutun və onda ayrılığa (ixtilafa) düşməyin." Fəqət onları çağırdığın şey, ortaq qoşanlara ağır gəlməkdədir. Allah istəyəni özünə seçər və Özünə yönələni doğruya yetişdirər.
Şura/42:13 Daha öncə Nuha buyurduğu dini, sizə qanun olaraq müəyyən etdik. Sənə vəhy etdiyimiz kimi, İbrahimə, Musaya və İsaya da öyüd-nəsihət elədik: "Bu dini doğru tutun və onda ayrılığa (ixtilafa) düşməyin." Fəqət onları çağırdığın şey, ortaq qoşanlara ağır gəlməkdədir. Allah istəyəni özünə seçər və Özünə yönələni doğruya yetişdirər.