Bəqərə - 2:176
Belədir; çünki Allah gerçəyi əhatə edən kitabı nazil etmişdir və kitab haqqında mübahisə edənlər isə həqiqətən dərin bir anlaşılmazlıq içindədir.
Kitab Əhli, Muhəmməddən (ə.s), vəhyin mənfəətlərinə tərs düşən ayələrini dəyişdirməsini istədilər, bu mövzuda mücadilə etdilər:
Maidə/5:41
Ağızlarıyla "iman etdik", dedikləri halda qəlbləriylə iman etməyənlərin inkarçılıqdakı səyləri səni üzməsin. Yəhudilərin bir qrupu var ki, yalana qulaq verir, səninlə heç qarşılaşmamış bir topluluğu dinləyir. Kəlmələrin mənasını dəyişdirib. "Sizə bu verilərsə alın, bu verilməzsə çəkinin," deyirlər. Allah birini çaşdırmaq istəyərsə, Allaha qarşı kimsə ona yardım edə bilməz. Bax onlar, Allahın qəlblərini təmizləmək istəmədiyi şəxslərdir. Onlar üçün dünyada alçaldılma və axirətdə də böyük bir əzab var.
Yunus/10:15
Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman, Bizə qovuşmağı ümid etməyənlər, "Bundan başqa bir Quran gətir, yaxud onu dəyişdir!" deyərlər. De ki: "Onu öz tərəfimdən dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy edilənə tabe oluram. Rəbbimə qarşı gələrsəm, böyük günün əzabından qorxuram."
Ənam/6:71
De ki: "Allahdan başqa, bizə fayda və zərər verə bilməyənlərəmi yalvaraq? Allah bizi doğru yola yetişdirdikdən sonra dabanlarımız üzərində geriyəmi dönək? Şeytanların aldadıb yer üzündə çaşdırdığı və dostlarının, 'Gəl, bizimlə birlikdə doğru yola gəl' deyə çağırdıqları çaşqın bir kimsə kimi olaq?" De ki: "Gerçək yol göstərmə Allahın yol göstərməsidir. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edildi."
Ənam/6:56
De: "Allahdan başqa çağırdıqlarınıza qulluq/xidmət etməkdən çəkindirildim." De: "Sizin nəfsinizin istəklərinə uymayacağam. Əks halda (haqq yoldan) azar və doğru yolu tapa bilmərəm."
Maidə/5:49
Aralarında Allahın nazil etdiyi ilə hökm verməlisən. Onların kefinə uyma. Allahın sənə nazil etdiklərinin bir qismindən əsla səni çaşdırmasınlar. Üz çevirərlərsə, demək ki, Allah bəzi günahlarına görə onları cəzalandırmaq istəyir. Gerçəkdən insanların çoxu yoldan çıxmışdır.
Rad/13:37
Beləcə onu ərəbcə bir qanun olaraq nazil etdik. Sənə gələn bu bilgidən sonra onların arzusuna (istəyinə) uysan, Allaha qarşı nə bir dostun, nə də bir qoruyucun ola bilməz.
İsra/17:73
Başqa bir şeyi uydurub bizə isnad etməyin üçün az qala səni, sənə vəhy etdiyimizdən ayırıb azdıracaqdılar. Bax o zaman səni dost qəbul edəcəkdilər.
İsra/17:74
Səni sağlamlaşdırmasaydıq, az qala onlara bir az meyl edəcəkdin.
İsra/17:75
O zaman da həyatın və ölümün əzabını qatbaqat sənə daddırardıq. Sonra Bizə qarşı bir yardımçı da tapa bilməzdin.
Qasas/28:86
Sənə bu Kitabın veriləcəyini ümid etməzdin; ancaq bu Rəbbindən bir rəhmətdir. Kafirlərə arxa olma.
Qasas/28:87
Sənə nazil edildikdən sonra səni Allahın ayələrindən azdırmasınlar. Rəbbinə çağır; ortaq qoşanlardan olma.
Zumər/39:64
De ki, "Allahdan başqasınamı qulluq etməyə məni təşviq edirsiniz, ey cahillər?"
Zuxruf/43:57
Məryəm oğlu bir örnək olaraq göstərilincə sənin xalqın dərhal rədd etdilər.
Zuxruf/43:58
"Bizim tanrılarımızmı daha yaxşıdır, yoxsa o?" dedilər. Sadəcə səninlə mübahisə etmək üçün bunu söylədilər. Onlar gerçəkdə, davakar bir camaatdır.
Haqqə/69:44
O Bizə bəzi sözlər isnad edərsə,
Haqqə/69:45
Biz onu qüvvətlə yaxalayar,
Haqqə/69:46
Sonra, ondan vəhyi kəsərdik.
Haqqə/69:47
Və sizdən kimsə də, buna əngəl ola bilməzdi.
Bəqərə/2:120
Dinlərinə daxil olmadıqca nə Yəhudilər, nə də Xristianlar səndən razı olmazlar. De ki: "Doğru yol Allahın yoludur." Sənə gələn bilgidən sonra onların arzularına uymuş olsan, Allaha qarşı səni müdafiə edə biləcək nə bir dost, nə də bir dəstəkləyici tapa bilməzsən.