Bəqərə - 2:177
Üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz yaxşılıq deyil. Yaxşılar o kimsələrdir ki, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman edirlər; əqrəbalara, yetimlərə, möhtaclara, yolda qalmışlara, dilənənlərə və kölələri azadlığa qovuşdurmaq üçün sevərək para (pul) yardımı edirlər, namazı qoruyur, zəkatı verir, söz verdiklərində sözlərində dururlar, çətinliyə, sıxıntıya və zülmə qarşı müqavimət göstərirlər. Bax doğru olanlar onlardır, Müttəqi olanlar da onlardır.
Məqsəd; Namaz ilə, dua ilə Allaha yönəlmək:
Bəqərə/2:115
Məşriq də, məğrib də Allahındır! Haraya yönələrsəniz, Allahın Üzü oradadır. Allah hər şeyi əhatəedən və hər şeyi biləndir.
Bəqərə/2:149
Hansı tərəfdən yola çıxarsan çıx, (namaz üçün) üzünü Müqəddəs Məscidə doğru çevirməlisən! Bu, əlbəttə Rəbbindən gələn bir gerçəkdir. Allah etdiyiniz heç bir şeydən xəbərsiz deyildir.