Bəqərə - 2:178
Ey iman edənlər! Öldürməkdə eyni davranmaq sizə vacib edildi. Azad kəsə qarşılıq azad kəs, köləyə qarşılıq kölə, qadına qarşılıq qadın... Amma kim öldürülənin yaxınları tərəfindən bağışlanarsa, o zaman uyğun olanı etməsi və diyəni gözəl şəkildə ödəməsi lazımdır. Bu, Rəbbinizdən bir yüngülləşdirmə və rəhmətdir. Bundan sonra kim həddi aşarsa onun üçün ağrılı-acılı bir əzab var.
İntiqam hissiylə öldürmədə həddi aşmayın:
İsra/17:33
Allahın, qutlu hesab etdiyi canı haqsız yerə öldürməyin. Kim haqsızlığa uğrayaraq öldürülərsə, onun mirasçılarına səlahiyyət vermişik. İntiqam hissiylə öldürmədə həddi aşmasın; çünki ona yardım edilmişdir.