Bəqərə - 2:184
Müəyyən günlərdə... Xəstə olanlarınız və ya səfərdə olanlarınız tutmadığı günlərin sayı qədər digər günlərdə tutar. İmkanı olanlar bir yoxsulu doyuraraq nəzir (ehsan) versinlər. Kim könül istəyi ilə (daha çox yoxsulu doyurmaq üçün) yaxşılıq edərsə özü üçün daha yaxşıdır; ancaq oruc tutmağınız sizin üçün ən yaxşısıdır, bir bilsəniz!
Sayı müəyyən olan günlər?
Bəqərə/2:184
Müəyyən günlərdə... Xəstə olanlarınız və ya səfərdə olanlarınız tutmadığı günlərin sayı qədər digər günlərdə tutar. İmkanı olanlar bir yoxsulu doyuraraq nəzir (ehsan) versinlər. Kim könül istəyi ilə (daha çox yoxsulu doyurmaq üçün) yaxşılıq edərsə özü üçün daha yaxşıdır; ancaq oruc tutmağınız sizin üçün ən yaxşısıdır, bir bilsəniz!
Bəqərə/2:185
Ramazan, insanlara yol göstərici, açıq-aşkar bir təlim və qanun kitabı olan Quranın nazil edildiyi aydır. Kim o aya yetişərsə, oruc tutsun. Xəstə və ya yolçu olanlarınız, tutmadığı günlərin sayı qədər, digər günlərdə oruc tutar. Allah sizin üçün asanlıq istəyər, çətinlik istəməz. Beləcə (oruc günlərinin) sayını tamamlayar, sizi doğruya yetişdirən Allahı ucaldıb şükür edərsiniz.