Bəqərə - 2:185 Ramazan, insanlara yol göstərici, açıq-aşkar bir təlim və qanun kitabı olan Quranın nazil edildiyi aydır. Kim o aya yetişərsə, oruc tutsun. Xəstə və ya yolçu olanlarınız, tutmadığı günlərin sayı qədər, digər günlərdə oruc tutar. Allah sizin üçün asanlıq istəyər, çətinlik istəməz. Beləcə (oruc günlərinin) sayını tamamlayar, sizi doğruya yetişdirən Allahı ucaldıb şükür edərsiniz.
Allaha təşəkkür etməyimiz üçün bəzi səbəblər:
Əraf/7:10 Sizləri yer üzünə yerləşdirdik və orada sizləri yaşama imkanları ilə təmin etdik. Nə qədər də az şükür edirsiniz.

Vaqiə/56:69 Onu buludlardan siz endirirsiniz, yoxsa Biz?
Vaqiə/56:70 İstəsəydik, onu duzlu edərdik. Şükür etmirsiniz?

Ənfal/8:26 Sayca az olduğunuz, yer üzündə əzilib xor baxıldığınız və insanların sizi ələ keçirib qaçıracaqlarından qorxduğunuz zamanları xatırlayın. O sizi sığınacaqla təmin etdi, sizi yardımı ilə dəstəklədi və gözəl şeylərdən sizə ruzilər verdi ki, şükür edəsiniz.

Ya sin/36:33 Ölü torpaq onlar üçün bir ayədir: Onu dirildirik, oradan dənələr çıxardırıq sonra da ondan yeyirlər.
Ya sin/36:34 Orada xurma ağacları və üzümlərdən ibarət bağ və bağçalar yetişdirdik və bulaqlar qaynadıb çıxartdıq.
Ya sin/36:35 (Ona görə) ki, onun məhsullarından və əlləri ilə yetişdirdiklərindən yesinlər. Şükür etməyəcəklərmi?

Casiyə/45:12 Lütfündən payınızı axtarmağınız və şükür etməyiniz üçün gəmiləri əmri ilə sürməyinizə uyğun olaraq dənizi əmriniz altına verən Allahdır.

Nəhl/16:14 O ki, dənizi əmrinizə sunmuşdur; ondan təzə ət yeyirsiniz, ondan geyim və zinət üçün süslər çıxarırsınız. Gəmilərin dənizi yara-yara axıb getdiyini görürsünüz. Beləcə Onun lütfünü axtararsınız və bəlkə Ona şükür edərsiniz.

Rum/30:46 Sizə rəhmətini daddırmaq, əmri ilə gəmiləri üzdürməsi, lütfünü (ticarət yolu ilə) aramanız və şükür etməyiniz üçün küləkləri müjdəçi olaraq göndərməsi də Onun ayələrindəndir.

Loğman/31:31 Sizə bəzi ayələrini göstərmək üçün, Allahın lütfü ilə gəmilərin dənizdə axıb getdiyini görmürsünüz? Hər səbr edən və şükür edən üçün bunda dərslər vardır.

Fatir/35:12 İki dəniz bir-birinə eyni deyildir. Bu təzə və dadlı içilməsi rahatdır, bu isə duzlu və acıdır. Hamısından təzə ət yeyirsiniz və taxacağınız zinət əşyaları çıxarırsınız. Onun lütfünü axtaran gəmilərin onu yararaq axdığını görürsən. Bəlkə artıq şükür edərsiniz.

Şura/42:32 Okeanda dağlar kimi axıb gedən gəmilər də Onun ayələrindəndir.
Şura/42:33 İstəyərsə küləkləri durdurar və onlar suyun üzərində hərəkətsiz qalardı. Bunda, hər səbr edən və şükür edən kimsə üçün ibrətlər vardır.

Nəhl/16:114 Allahın sizə ruzi olaraq verdiklərini, halal və təmiz olaraq yeyin və Allahın nemətlərinə şükür edin; sadəcə Ona qulluq edirsinizsə.
Nəhl/16:78 Allah sizi analarınızın qarnından çıxardığı zaman bir şey bilmirdiniz. Sizə eşitmə, görmə duyğuları və beyinlər verdi ki, şükür edəsiniz.

Muminun/23:78 Odur yaradan, eşitmə, görmə duyğuları və beyinlər. Nə qədər də az şükür edirsiniz.

Səcdə/32:9 Sonra onu düzəldib formaya salıb ona ruhundan üfürdü. Sizə eşitmə və görmə bacarığı ilə beyinlər verdi; siz çox seyrək (hərdənbir) şükür edirsiniz.

Mulk/67:23 De ki, "Sizi yaradan, sizə eşitmə, görmə hisləri və beyinlər verən Odur. Nə qədər seyrək şükür edirsiniz!"

İnsan/76:2 Biz insanı qarışıq bir mayedən yaratdıq ki, onu sınayaq. Buna görə onu eşidən və görən etdik.
İnsan/76:3 Ona yolu göstərdik; ya şükür edəndir, ya da nankor.

Ənbiya/21:80 Və sizi savaşlarınızda qorusun deyə ona zireh düzəltməyi öyrətdik. Artıq şükür edirsinizmi?

Həcc/22:36 Allaha qulluğun bir işarəti olaraq, heyvanların qurban edilməsində sizin üçün faydalar mövcuddur. Onlar sırada düzülmüş halda üzərlərində Allahın ismini xatırlamalısınız. Yanları üzərinə düşdükləri zaman da onlardan yeyin və dilənənə də, dilənməyən yoxsula da yedirdin. Şükür edəsiniz deyə onları sizə amadə qıldıq.

Ya sin/36:71 Görmürlərmi, Öz əllərimizlə onlar üçün kənd təsərrüfatı heyvanlarını yaratdıq, sonra da onlara sahib olmaqdadırlar?
Ya sin/36:72 Onları onlara boyun əydirdik; bir qisminə minməkdə, bir qismindən də yeməkdədirlər.
Ya sin/36:73 Və onlar üçün onlarda başqa faydalar və içəcəklər vardır. Şükür etməyəcəklərmi?

Furqan/25:62 O, gecəni və gündüzü bir-birini təqib edən etdi; öyüd almaq və ya şükür etmək istəyənlər üçün...

Qasas/28:73 Gecəni və gündüzü, birində dincəlməyiniz və digərində Onun nemətlərini axtarmağınız üçün nizama salması Onun rəhmətindəndir. Bəlkə şükür edərsiniz.

Nəml/27:73 Şübhəsiz, Rəbbin insanlara qarşı Lütf Sahibidir, fəqət çoxları şükür etməz.