Bəqərə - 2:189
Səndən ayın mərhələlərini (hilalı) soruşurlar. De ki o, insanlar və həcc ibadəti üçün bir vaxt ölçüsüdür. Yaxşılıq, sözü gəzdirmək deyildir, yaxşılıq ehtiyat etməkdir. Dürüst olun. Qurtuluşunuz üçün Allahı dinləyin.
Nələrdən ehtiyat etməliyik?
Nəhl/16:36
Hər bir cəmiyyətin içində, "Allaha qulluq edin və bütpərəstlikdən çəkinin," deyən bir elçi göndərdik. Onlardan bəzisinə Allah yol göstərdi, bəzisi də azğınlıqda qalmağa məhkum oldu. Yer üzünü gəzib dolaşın və yalanlayanların sonunun necə olduğuna diqqət edin.
Bəqərə/2:103
Onlar iman edib günahlardan çəkinmiş olsaydılar, əlbəttə Allahdan alacaqları mükafat (onlar üçün) daha xeyirli olardı. Bir bilsəydilər!
Ali İmran/3:104
İçərinizdə, yaxşılığa çağıran, sağlam düşüncəni öyüd-nəsihət edən və pislikdən çəkindirən bir topluluq olsun. Bunlar uğur qazananlardır.
Ali İmran/3:110
Siz, insanlar üçün (üzə) çıxarılmış ən yaxşı topluluqsunuz. Yaxşılığı öyüd-nəsihət edir, pislikdən çəkindirir və Allaha iman edirsiniz. Kitab əhli iman etsəydi, özləri üçün yaxşı olardı. İçərilərində iman edənlər olmaqla birlikdə əksəriyyəti yoldan çıxmışdır.
Ali İmran/3:113
Ancaq hamısı eyni deyil. Kitab əhlindən ən doğru bir qrup var ki, gecələri Allahın ayələrini oxuyub səcdə edərlər.
Ali İmran/3:114
Allaha və Axirət gününə iman edirlər, yaxşılığı öyüd-nəsihət edir, pislikdən çəkindirər və yaxşı işlərə tələsirlər. Məhz onlar yaxşılardandır.
Maidə/5:90
Ey iman edənlər! Sərxoş edici maddələr, qumar, müqəddəs daş və ziyarətgahlar, şans oyunları şeytan əməli olan bir pislikdir. Bunlardan çəkinin ki, qurtulasınız.
Maidə/5:93
İman edib müttəqi işlər görənlər, əmrlərə tabe olaraq iman edib muttəqi davrandıqları, günahlardan çəkinib iman etdikləri və yenə çəkinib yaxşılıq etdikləri müddətcə yediklərindən ötrü onlara bir günah yoxdur. Allah yaxşı davrananları sevər.
Həcc/22:30
Bax belə! Kim Allahın qadağalarına hörmət göstərərsə, Rəbbinin yanında özü üçün daha yaxşıdır. Sizə xüsusilə bildirilənlərin xaricindəki bütün kənd təsərrüfatı heyvanları halal (qanuni) edilmişdir. O halda bütpərəstliyin fəlakətindən çəkinin, yalan sözdən ehtiyat edin.
Muminun/23:5
Və cinsi əlaqələrdən ehtiyat edirlər;
Muminun/23:6
Ancaq zövcələri yəni andlarının/müqavilələrinin haqq sahibi olduqları xaric. Onlar qınanmazlar.
Nur/24:30
İman edənlərə, gözlərini çəkindirmələrini (qadınlara gözünü dikib baxmamalarını) və iffətlərini qorumalarını bildir. Bu onlar üçün daha təmiz bir davranışdır. Əlbəttə Allah etdiklərindən xəbərdardır.
Nur/24:31
İman edən qadınlara da söylə, gözlərini çəkindirsinlər, iffətlərini qorusunlar və açıqda olmalı olan yerləri xaric, cazibəli yerlərini göstərməsinlər. Örtüklərini sinələrinin üzərinə bağlasınlar. Vücudlarının cazibəli yerlərini kimsəyə göstərməsinlər; ancaq ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğullar, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, digər qadınlar, cinsi ehtirasa sahib olmayan kişi xidmətçilər və işçilər və qadınların cinsi yönlərini hələ anlamayan uşaqlar xaric. Gizlədikləri cazibəli yerlərini sərgiləmək/bildirmək üçün ayaqlarını yerə vurmasınlar. Ey iman edənlər, hamınız birlikdə Allaha yönəlin ki, müvəffəq olasınız.
Hucurat/49:12
Ey iman edənlər, zənnə-gümana qapılmaqdan tamamilə çəkinin. Çünki zənnin bir qismi günahdır. Bir-birinizin gizli şeylərini araşdırmayın və bir-birinizin qeybətini qırmayın. Ölü qardaşınızın ətini yeməkdən xoşlanırsınız? Əlbəttə ondan iyrənirsiniz. Allahı dinləyin. Allah tövbələri qəbul edəndir, Rəhmlidir.
Munafiqun/63:3
Çünki onlar iman etdikdən sonra inkar etdilər. Buna görə qəlbləri möhürləndi; Onlar anlamazlar.
Munafiqun/63:4
Onları gördüyün zaman, görünüşləri xoşuna gələr. Danışarlarsa, sözlərini dinləyirsən. Onlar, dikəldilmiş kötüklər kimidir. Hər münaqişəni öz əleyhlərinə sanarlar; onlar gerçək düşməndir; onlardan ehtiyat et. Allah onları məhv etsin; necə də çevrilirlər!
Təğabun/64:14
Ey iman edənlər, həyat yoldaşlarınız və övladlarınız sizə düşmən ola bilərlər. Elə isə onlardan ehtiyat edin. Amma əfv edər, yumşaq (anlayışlı) davranar və bağışlayarsanız, əlbəttə Allah da Bağışlayandır, Rəhmlidir.