Bəqərə - 2:196
Həcc və ümrəni Allah üçün tam yerinə yetirin. Sizə əngəl törədərlərsə müyəssər bir qurban göndərin. Qurban, yerinə yetişincəyə qədər başınızı qırxmayın; ancaq xəstə olan və ya başında bir narahatçılığı olanlar, oruc, sədəqə və ya hər hansısa bir ibadətlə fidyə verməlidir. Güvən ortamında, hər kim Həcc zamanına qədər (ehramdan çıxaraq) ümrədən yararlanarsa, müyəssər bir qurban göndərməlidir. Bunu yerinə yetirə bilməyənlər, həcc əsnasında üç gün və (vətəninə) döndükdən sonra da yeddi gün olmaq üzrə toplam on gün oruc tutmalıdır. Bu, ailəsi Müqəddəs Məscid (Kəbə) ətrafında yaşamayanlar üçündür. Allahı dinləyin və bilin ki, Allahın əzabı çətindir.
Qurbanın məqsədi:
Həcc/22:36
Allaha qulluğun bir işarəti olaraq, heyvanların qurban edilməsində sizin üçün faydalar mövcuddur. Onlar sırada düzülmüş halda üzərlərində Allahın ismini xatırlamalısınız. Yanları üzərinə düşdükləri zaman da onlardan yeyin və dilənənə də, dilənməyən yoxsula da yedirdin. Şükür edəsiniz deyə onları sizə amadə qıldıq.
Həcc/22:37
Allaha nə onların ətləri, nə də qanları yetişir; Ona ancaq sizin müttəqi davranışınız yetişir. Onları beləcə sizin xidmətinizə vermişdir ki, sizi doğruya yetişdirdiyi üçün Allahın böyüklüyünü xatırlayasınız.