Bəqərə - 2:196 Həcc və ümrəni Allah üçün tam yerinə yetirin. Sizə əngəl törədərlərsə müyəssər bir qurban göndərin. Qurban, yerinə yetişincəyə qədər başınızı qırxmayın; ancaq xəstə olan və ya başında bir narahatçılığı olanlar, oruc, sədəqə və ya hər hansısa bir ibadətlə fidyə verməlidir. Güvən ortamında, hər kim Həcc zamanına qədər (ehramdan çıxaraq) ümrədən yararlanarsa, müyəssər bir qurban göndərməlidir. Bunu yerinə yetirə bilməyənlər, həcc əsnasında üç gün və (vətəninə) döndükdən sonra da yeddi gün olmaq üzrə toplam on gün oruc tutmalıdır. Bu, ailəsi Müqəddəs Məscid (Kəbə) ətrafında yaşamayanlar üçündür. Allahı dinləyin və bilin ki, Allahın əzabı çətindir.
Kəbəni ziyarət/Ümrə:
Bəqərə/2:158 Səfa və Mərvə (təpələri) Allahın işarələrindəndir. Həcc və ya ziyarət (ümrə) üçün Evə gələn birisi o ikisi arasında gedib-gələ bilər. Kim könüldən bir yaxşılıq edərsə, Allah təşəkkürə qarşılıq verəndir, Biləndir.

Həcc/22:27 "İnsanlara  Həcc ziyarətini elan et. Sənin yanına piyada olaraq və ya fərqli minik vasitələriylə uzaqlardan gəlsinlər.
Həcc/22:28 (Ona görə) ki, onlar üçün bəzi (ictimai, siyasi və iqtisadi) faydalara şahid olsunlar və onlara kənd təsərrüfatı heyvanlarını ruzi olaraq verdiyi üçün Allahın ismini bilinən (məlum) günlərdə xatırlasınlar. "Onlardan yeyin və sıxıntı içindəki yoxsullara da yedirdin."
Həcc/22:29 Sonra öhdəliklərini tamamlasınlar, vermiş olduqları sözlərini yerinə yetirsinlər və o tarixi evi ziyarət etsinlər.

Bəqərə/2:125 Kəbəni insanlar üçün bir diqqət mərkəzi və bir güvənlik yeri etdik. İbrahimin məqamını bir namaz yeri olaraq istifadə edin! “Ziyarətçilər, özünü ibadətə verənlər və əyilib səcdə edənlər üçün ikiniz evimi təmiz saxlayın", deyə İbrahim və İsmaili görəvləndirmişdik.